Flora Havanın qorunması Qırmızı kitab Suyun qorunması Qoruqlar
Fauna Torpaqların qorunması Təbiətə ekskursiya Təbiət ehtiyatları Botanika bağı

 

Gəlin Respublikamızın ən böyük şəhərləri olan Bakı və Sumqayıtın hava hövzəsinin vəziyyətilə tanış olaq.

Sumqayıt Azərbaycan şəhərlərinin içində ən fəlakətli ətraf mühitə malikdir. Orta hesabla hər il havaya 96,5 min ton zərərli maddələr buraxılır. Aliminium zavodu şəhərin 2 km-də yerləşir və bu zəhərli maddələrin çox bir “payı” bu zavoda düşür. Bundan başqa Sumqayıt şəhərinin ekologiyasının pozulmasında “Kimyasənaye” İstehsal Birliyinin də çox böyük “əməyi” var. Sumqayıt yeganə şəhərdir ki, 3 müəsisəsi xlor buraxır. Nazirlər sovetinin 18 iyul 1991-ci il 567 N-li Qərarına əsasən Sumqayıtda heş bir kimyəvi müəssisə tikilməməli idi. Buna baxmayaraq, həmin vaxtdan bəri “Sintezkauçuk” birliyində “EP-300”, “Üzvisintez” birliyində “Polimer-120” və başqa müəsisülür tikilib, istifadəyə verilmişdir. Bunlardan başqa şəhərin girəcəyində asfalt zavodu tikilib, istifadəyə verilmişdir. Təəsüflər olsun ki, bu və ya digər müəssisələr müvafiq orqanların (sanepidemistansiya, təbiətin mühafizə komitəsi və s.) icazəsi olmadan inşa olunmuşlar. Həmdə bu müəssisələrin tikildiyi zamanı layihələrdə böyük nöqsanlara yol verilmişdir. Havaya atılan zərərli maddələr külək vasitəsilə bütün şəhəri bürüyür. Bu baxışdan “İnşaatçılar” və “Kimyatikinti” yaşayış qəsəbələri daha pis vəziyyətə məruz qalırlar.

BAKININ EKOLOJI MÜHITI NECƏ QORUNUR? ONU GÜNÜN TƏLƏBLƏRİ SƏVİYYƏSİNDƏN QURMAQ ÜÇÜN HƏLƏ ÇOX İŞ GÖRÜLMƏLİDİR.

Bakının ekoloji durumunu yaxşılaşdırmaq günün vacib məsələlərindəndir. Bakı şəhəri zəngin infrastruktura və böyük sənaye potensialına malikdir. Uzun illər ekoloji cəhətdən qeyri qənaətbəxş sahələrin mövcudluğu, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələlərinə lazım diqqət yetirilməməsi paytaxtda ekoloji problemlərin kəskinləşməsinə səbəb olmuşdur. Ekoloji problemləri yaradan başlıca amillərdən biri təbii yanacaqlardan istifadə zamanı atmosfer havasının zərərli maddələrlə çirklənməsidir. Digər tərəfdən istismar olunan texnoloji avadanlıqların ekoloji tələblərlə cavab verməməsi ucbatından da atmosferə külli miqdarda zərərli maddələr atılır. Belə ki, bu gün Bakı şəhərində sənayenin əsas fondlarının yarıdan çoxu fiziki və mənəvi cəhətdən köhnəlib, mütərəqqi texnologiyanın xüsusi çəkisi isə hələlik olduqca aşağıdır. Bakı şəhər Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsindən aldığımız məlumata görə, hazırda paytaxtın ekoloji mühitinin qorunması və atmosfer havasının zərərli maddələrlə çirklənməsinin qarşısını almaq məqsədilə komitənin əməkdaşları tərəfindən məqsədəyönlü tədbirlər həyata keçirilir. Respublika Nazirlər Kobinetinin “Təbii ehtiyyatlara görə ödəmələrin”, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında 1992-ci il tarixli 122 saylı qərarına əsasən ötən il atmosfer havasına atılan çirkləndirici maddələrə görə 396 müəsissəyə qarşı 173 milyon 185 min manat məbləğində ödəmə haqqı qaldırılmışdır. Komitədən onu da bildirdilər ki, adı çəkilən qərarın imzalanmasından ötən müddət ərzində ölkədə güclü inflyasiya getməsinə baxmayaraq ödəmə qiymətləri dəyişdirilməmişdir. Qiymətlərin cüzi olması öz nəvbəsində müəssisə və təşkilat rəhbərlərini atmosfer havasının mühafizəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsində maraqlı etmir. Ötən il “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş 47 hüquqi və fiziki şəxsi “İnzibati xətalar haqqında” məcəllənin tələblərinə əsasən 4 milyon 668 min manat cərimə olunmuılar. Respublika Dövlət hidrometerologiya Komitəsinin məlumatına görə, son illər şəhərin hava hövzəsində dəm qazı, furfurol, toz və hisin miqdarı həddindən artıq olmuşdur. Şəhərin hava hövzəsinin çirklənməsi, qeyd etdiyimiz kimi, sənaye müəssisələrində köhnə texnologiyanın hələdə saxlanması, texnoloji reqlamentlərin tez – tez pozulması, müəssisələrdəki qaz – toztutucu qurğulardan düzgün və ya tamamilə istifadə edilməməsi, yeni yaradılan istehsal sahələrində ekoloji amillər fikir verilməməsi, avtomobillərin nasaz halda xəttə buraxılması və s. məsələlərlə əlaqədardır. Qeyd etmək lazımdır ki, atmosferi çirkləndirmək baxımından göstərdiyimiz səbəblər sırasında sonuncunun payı getdikcə artır. Belə ki, son illər sənaye müəssisələri xammal çatışmazlığı və başqa səbəblər üzündən fasilələrlə işlədiyi halda avtomobil nəqliyyatı paytaxtın atmosfer havasını intensiv surətdə çirkləndirməkdə davam edir. Son zamanlar Bakı şəhərində avtomobillərdə qeyri – konstruktiv dəyişikliklər aparılması hallarına çox təsadüf olunur. Bu cür hallara sərnişindaşıma ilə məşğul olan özəl müəssisələr daha çox yol verir. Belə ki, maye qaz və dizel yanacaqları benzinə nisbətən ucuz olduğu üçün bəzi müəssisələrin rəhbərləri keyfiyyətsiz qaz yanacağı avadanlıqları sistemi və dizel yanacağı ilə işləyən traktor mühərriklərindən istifadə edirlər. Bu tipli qeyri – konstruktiv dəyişikliklər və bəzən standarta uyğun gəlməyən maye qaz yanacağından istifadə olunması atmosfer havasının normadan artıq zərərli maddələrlə çirklənməsinə səbəb olur. Atmosfer havasına atılan zərərli maddələrin yarısı nəqliyyat vasitələrinin payına düşdüyündən 2000-ci ilin aprel aylarında bu sahəyə nəzarəti daha da gücləndirmək məqsədilə Bakıda “Təmiz hava” tədbiri keçirilmişdir. Bu tədbir zamanı avtonəqliyyat müəssisələrində yoxlanılan 368 ədəd avtomobildən 138 ədədində və makistral yollarda keçirilən reydlər zamanı yoxlanılan avtomibillərdən isə 593-də işlənmiş qazların tərkibində karbon oksidinin miqdarı normadan artıq olduğu aşkar olunmuşdur. Makistral yollarda keçirilmiş reydlər zamanı 593 nasaz avtomobilin sürücülərinin inzibati qaydada cərimə olunması üçün protokollar tərtib edilmişdir. Atmosfer havasının normativ həddn artıq çirklənilməsi nəticəsində dəymiş zərərin ödənilməsi üçün avtonəqliyyat müəssisələrinə qarşı 2 milyon 72 min manat məbləğində iddialar qaldırılmışdır. Bakı şəhər Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin məlumatına görə, qış məvsümündə mavi yanacağın çatışmazlığına baxmayaraq, neft və qazçıxarma idarələri atmosferə külli miqdarda təbii qaz ataraq havanı karbohidrogenlərlə çirkləndirməkdə davam edirlər. Bundan əlavə, neftin emalı, kimya sənayesi, tikinti materialı istehsalı sahələri də atmosfer havasını xeyli çirkləndirir. “Azərneftyanacaq”, “Azərneftyağ” və “Azəriqaznəql” istehsal birlikləri, Azərbaycan qaz emalı zavodu və Makistral neft Kəmərləri İstehsal Birliyi Bakının hava hövzəsini ən çox çirkləndirən müəssisələrdir. Buna baxmayaraq son illər istehsalın aşağı düşməsi ilə əlaqədar Bakı şəhərinin hava hövzəsinin zərərli maddələrlə çirklənməsinin azalması müşahidə olunur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Bakı şəhərinin hava hövzəsinə 1993-cü ildə 1 milyon 258,1 min ton, 1994-cü ildə 972,6 min ton, 1995-ci ildə 623,93 min ton, 1996-cı ildə 391,526 min ton, 1997-ci ildə 387,668 min ton, 1998-ci ildə 361,176 min ton və 1999-cu ildə isə 403,850 min ton zərərli maddələr atılmışdır. Atmosfer havasına atılan tullantıların əvvəlki illərlə müqayisədə nisbətən azalması atmosfer havasının mühafizəsinə yönəlmiş müəyən tədbirlərin həyata keçirilməsi ilə yanaşı, əsasən müəssisələrdə istehsalın aşağı düşməsi ilə əlaqədardır.

2001-ci ilin iyun ayının 11-də ölkəmizdə “Hava təbəqəsinin qorunması” Qanunu qəbul olundu.

 

äîìîé íàâåðõ

 

Ədəbiyyat mənbəi:
“Xalq qəzeti”, M.Yaqubzadə BAKININ EKOLOJI MÜHITI NECƏ QORUNUR?

Ñ.Ìèðçîåâà, Ë.Àëèåâà - ñïåöèàëèñòû Ãîñêîìïðèðîäû
Ñò. "×åì äûøàò â Ñóìãàèòå? ".

 

IRADA

Copyright © 2003-2007.   Irada Babayeva.   All rights reserved.   
_______________________________________________________
 
Hər hansı bir materialların saytdan yerləşdirilməsi
yalnız müəllifin icazəsini alandan sonra,
sayt və müəllifin qeyd olunması şərtilə mümkündür.