|
Azərbaycan
Respublikası iqliminin müxtəlif çeşidliyi
heyvanlar aləminin çox növlülüyünə
səbəb olmuşdur. Belə ki, Respublikanın
heyvanlar aləmində 96 növ məməlilər,
357 növ quşlar, 54 növ sürünənlər,
10 növ suda-quruda yaşayanlar, 100 növdən
çox balıqlar, 17 min növdən çox
onurğasızlar mövcuddurlar. Ümumiyyətlə
respublika ərazisində heyvanlar aləminin
yayılması cürbəcürdür. Azərbaycanın
cənubunda Lənkəran və Astara ərazilərinin
özünəməxsus heyvanlar aləmi vardır.
Ərazi bitki örtüyünün çox
zəngiliyi, heyvanlar aləminin isə azlığı
ilə fərglənir, lakin keçmişdə
bu meşələrdə heyvanlar aləmi
zəngin olmuşdur. Bu yerlərdə vaxtilə
çoxlu pələngə, bəbirə, Qafqaz
maralına, cüyürə, tülküyə,
yüzlərlə quş növlərinə
rast gəlinirdi. İndi isə bir sıra
səbəblər – qanunsuz ovçuluq, meşə
təsərrüfatı və kənd təsərrüfatı
işlətinin intensiv aparılması nəticəsində
onların ekoloji amilləri dəyişmiş,
sakitliyi pozulmuş, sayı xeyli azalmış
və bə’zilərinin nəsli tamamilə
kəsilmişdir. Hirkan tipli meşələrin
sərhəd tanımayan canlı sakinlərinin
qorunması müasir tələbə uyğun
deyildir. Odur ki, həmin heyvanlar xeyli uzaqlara
gedir və qanunsuz ovçuluğun qurbanı
olur. Deməli, Lənkəran zonasının
heyvanlar aləmi, bütün zonada müvafiq
təşkilatlar tərəfindən qorunmalıdır.
Hazırda Qırmızı kitablara adı
düşmüş pələng və bəbir
burada yaşamır, kaftar və Ussuri xallı
maralı isə yaşayır. Azərbaycanın
Qırmızı kitabına adı düşən
Talış qırqovulu, hirkan arıquşu
qorunur. Qırmızı kitablıarda adlarını
oxuduğumuz toğlugötürən, qıvrımlələk
qutan, qara leylək, mərmər cürə,
dəniz qartalı, məzar qartalı, berkut,
laçın, turac kimi quşlara da təsadüf
edilir. Burada Qafqaz maralının nəsli 77
il, pələngin nəsli isə 57 il bundan
əvvəl kəsilmişdir. Hazırda 18
növ məməli heyvanın və 25 növdən
çox oturaq quşun burada yaşaması müvəffəqiyyədir.
1991-ci ilin siyahıya alınmasına görə
burada 118 baş xallı maral, 140 çöl
donuzu və 40 cüyür olmuşdur. Lənkəran
meşələri, eləcə də hirkan
meşələri 57 il maralsız qalmışdır.
Burada yerli Qafqaz marallarının nəsli
kəsiləndən sonra onları Azərbaycan
şəraitində iqlimə uyğunlaşdırılmış
Ussuri xallı maralları əvəz etmişdir.
1952-ci ildə Uzaq Ussuri meşələrindən
Azırbaycana 13 baş xallı maral gətirilərək
Altıağac yaxınlığındakı
meşədə volyerdə saxlanılırdı.
1970-ci ilə qədər onların sayı
100 başa çatdırılmışdı.
Lakin Altıağac meşələri xallı
maralların iqlimləşdirilməsi üçün
əlverişli olmadı. Ona görə də
1974-cü ildə həmin marallrın 77 başı
hirkan meşələrinə gətirildi.
Az bir hissəsi isə Altıağac meşələrinə
buraxıldı. Hirkan meşələrinə
gətirilən marallar isə yaxşı
mühafizə olunmuş, yerli iqlim şəraitinə
uyğunlaşmış və sayı 14 ildə
50 baş artmışdır. Dişi maralların
artma sayı Altıağacdakı
volyerdı saxlanılan vaxtdakı artım
sür’ətilə hesablanaraq müəyyən
edilmişdir ki, 1970-1985-ci illərdə onların
sayı 300 başdan çox artmalı idi. Lakin
mühitə uyğunlaşma, meşədə
sərbəst saxlanması onların normal
artımını pozmuşdur. Marallar talalı
meşələri daha çox sevirlər, onlar
orta qalınlıqlı (20-70 sm) qar örtüklü
yerlərdə yaxşı qışlayır,
özlərini yemlə tam tə’min edirlər.
Xaldoğum dövrü başlayır. Onlar,
adətən bir, çox nadir halda isə müəyyən
ağacların yarpaqlarını və budaqlarını
yeyirlər. Onlar gündüzlər meşələ
gizlənib dincəlir, otlamaq üçün
açıq talalara səhər, axşam və
gecə çıxırlar. Bu heyvanlar 7-10 başdan
ibarət dəstə ilə yaşayırlar.
Xallı marallar orta böyüklükdədir,
yaşlı erkəklərin diri çəkisi
90-150 kq-dır, dişilər isə daha kiçik
olur. Yalnız erkəklərdə buynuz vardır.
Bu marallar 7,5 ay boğazlıq dövrü
keçirir və mayın sonlarında doğum
dövrü başlayır. Onlar, adətən
bir, çox nadir halda isə ekiz bala verir. Yay
zamanı istər erkək, istərsə də
dişilərin parlaq kürən rəngi
olur. Bu onlara ağ rəng görkəmi verir.
Qış zamanı yaşıları qonura
çalan boz, bə’zən sarımtıl rəngdə
olur, ildə 2 dəfə - yazda və payızda
tükünü dəyişirlər. Bu maralların
badəninin bel hissəsində və yanlarında
açıq rənfli ləkələr – xallar
vardır ki, elə onlara “xallı maral” adının
verilməsi də bunlarla bağlıdır.
Qafqaz maralı artıq bir əsrə yaxındır
ki, yox edilmişdir. Təkəyə yalnız
Kəpəzin zirvəsi ətrafında tək-tək
rast gəlinir. Cüyürlərin də sayı
xeyli azalmışdır. Hazırda ərazidə
cücüyeyənlərin 6 (adi kirpi, Qafqaz
köstəbəyi, Radde qonurdişi, Satunin
qonurdişi, su kutoro, ağqarın ağdiş),
dovşanabənzərlərin 1 (dovşan),
gəmiricilərin 8 (müxtəlif siçanlar
və siçovullar), vəhşi heyvanların
8 (tülkü, porsuq, ayı, daş dələsi,
meşə pişiyi, gəlincik, samur, vaşap,
dırnaqların 3 (təkə, cüyür,
Qafqaz maralı), quşların 40-a qədər
(bildirçin, meşə göyərçini,
adi qurqur, meşə cüllütü tənbəl
cüllüt, ağqarın cüllüt,
göl qağayısı, toğlugötürən,
qara kərkəs, leşyeyən, iri yapalaq,
meymun, bayquş, qu quşu, qara ağacdələn,
zığ-zığ, ali dolaşası, sarıköynək,
baltadimdik, meşə torağayı, çil
qaratoyuq və s.), sürünənlərin
6 (ilanlar, kərtənkələlər), suda-quruda
yaşayanların 3 (müxtəlif qurbaqalar)
növü yaşayır. 1990-cı ilin payız
mə’lumatına görə burada heyvanlardan
dovşan, porsuq, tülkü (325-440 baş),
quşlardan isə kəklik (580) daha çoxdur,
Qiymətli heyvan sayılan cüyür (42
baş) və təkə (30 baş) azdır,
Qafqaz maralının sayı xeyli artaraq 125
başa çatmışdır. Göygöl
qoruğunda məskunlaşan heyvanlardan ikisinin
– Şərgi Qafqaz təkəsi və Zaqafqaziya
qonur ayısının adı Qırmızı
kitablarda Göygöldə yaşayan və
qorunan forel balığının da adı
vardır. Burada Qırmızı kitablara adı
yazılmış quşlara da təsadüf
edilir. Buraya 1961-ci ildə 7 baş nəcib
Qafqaz maralı gətirilmiş, əvvəllər
volyerdə, sonra isə açıq meşə
sahəsində və talalarda saxlamağa başlamışlar.
Həmin marallar tezliklə təbii şəraitə
uyğunlaşmış, sür’ətlə
artmağa başlamışdır. 20-25 %
artım qaydası ilə aparılan hesablamalara
əsasən 29 il (1962-1990) ərzində burada
onların sayı 200-250 başa çatmalı
idi, lakin açıq sahədə saxlanıldığı
üçün maralların artımı xeyli
az olmuşdur. Bu ərazilər həmin maralların
keçmişdə sevimli təbii yaşayın
yeri idi. Hətta ikinci böyük göl olan
Maralgölün adı da xalq tərəfindən
onun sahillərində daha çox məskunlaşmış
bu nəcib heyvanın şərəfinə
adlandırılmışdır. Azərbaycanın
bir çox rayonlarının dağ çaylarında
təbii olaraq çay forelləri yaşayır.
Bunlar ən dadlı və keyfiyyətli olan
balıqlardandır. Bundan əlavə, respublikada
sün’i balıq yetişdirmə məntəqələrində
əlvan forel, poladbaş forel və Göygöl
foreli artırılır. Əlvan və poladbaş
forelin vətəni Şimali Amerikanın sularıdır.
Məhsuldar olduğu üçün oradan
Azərbaycana gətirilmiıdir. Göygöl
foreli isə yalnız Göygölün sularında
yaşayan balıqdır. Respublikanın digər
çay forellərindən xeyli fərglənir.
Öz mənşəyi e’tibarilə Göygöl
foreli çay forelindən əmələ gəlmişdir.
Onların əmələgəlmə tarixi
Göygölün yaranma tarixi ilə bağlıdır.
Zəlzələ zamanı gölün ərazisində
qalan çay forelləri uzun illər ərzində
tədricən göl forelinə çevrilmiş,
artıb çoxalmış və zəmanəmizə
qədər gəlib çatmışdir. Bu
müddət ərzində Göygöl forelləri
çay forellərinə xas olan bə’zi əlamətləri
saxlamış, kürüvermə qabiliyyətləri,
böyümə intensivliyi və s. Artmasına
görə isə onlardan fərglənmilər.
Göygöl forellərinin uzunluğu 50 sm-ə,
kütləsi 1,5 kq-a qədər olur. 10-12
ilə qədər yaşayır. Hər bir
dişi balıq ildə 500-2500 ədəd
kürü verə bilir. 1975-1976-çı
illərdə Göygöl forellərinin sün’i
yolla artırılmasının üsulları
işlənib hazırlanmışdır.
Göygöl forelləri ilk yaşlarında
zəif, sonrakı illərdə isə sür’ətlə
böyüyür. Bu cəhətdən o,
gələcəkdə respublikanın forel
təsərrüfatlarında yetişdirmək
üçün, eləcə də dağ
göllərinə, su anbarlarına buraxmaq
üçün ən əlverişli balıq
növü ola bilər.
|