Flora Havanın qorunması Qırmızı kitab Suyun qorunması Qoruqlar
Fauna Torpaqların qorunması Təbiətə ekskursiya Təbiət ehtiyatları Botanika bağı

óññóðèéñêèé ïÿòíèñòûé îëåíüBöyük Qafqazın cənubunda Balakən və Zaqatala rayonlarının ərazisində heyvanlar aləminin cüt dırnaqlılar (5 növ), yırtıcılar (11 növ), gəmiricilər (10 növ), Həşəratyeyənlər (5 növ) kimi dəstələrinin nümayəndələri vardır. Heyvanlar dəstə və növcə az olsalar da sayca çoxdurlar. Təkcə bunu qeyd etmək kifayətdir ki, ərazidə cütdırnaqlı heyvanların sıxlığı hər min hektarda 300 başdan artıqdır. Burada heyvanlar aləminin yayılmasında da şaquli qurşaqlıq müşahidə olunur. Hazırda əsasən 5 növ ov heyvanı yaşayır Şərqi-Qafqaz təkəsi, Qafqaz maralı, Qafqaz köpgəri, Avropa cüyürü, çöl donuzu. Təkə sürüləri yaz-yay fəsillərində başlıca olaraq, subalp və alp çəmənlərinin əlçatmaz qayalı, uçurumlu yamaclarında yaşayır. Qarlı, şaxtalı qış aylarında onlar 700-800 m yüksəliyü qədər enərək mülayim iqlimli meşə qurşağında dolanır. Bura gələn hər bir kəs böyük təkə sürülərinin (100 – 150 baş) yaşıl alp çəmənliklərində otladıqlarını uzaqdan asanlıqla müşahidə edə bilər. Qafqazın başqa ərazilərinə nisbətən burada təkə sürüləri daha çoxdur, hətta bə’zən 200-300 başdan çox erkək təkə sürüsünə rast gəlinir. Riçuq sahəsində və Saltəkçay dərəsində ana və bala təkələrdən ibarət bir sürüdə 120-160 baş heyvan müəyyən edilmiıdir. Onların ümumi sayı 1990-cı ildə 3800 başdan çox olmuşdur. Şərgi Qafqaz təkəsinə bə’zi rayonlarda dağ keçisi, dağ kəli, sadəcə olaraq təkə də deyirlər. Təkə cütdırnaqlı gövşəyən heyvanlara aid olub, vəhşi halda yaşayan keçilərin iri formasıdır. Yaşlı erkək təkələrin diri çəkisi 80-90, dişilərin diri çəkisi isə 50-60 kq olur. Yaşlı erkəklər və dişilər ayrı-ayrı sürülər yaradır, cütləşmə vaxtı iri erkək sürülər parçalanıb, dişi sürülərlə birləşir. Mayın ortalarından iyunun ortalarına qədər doğum dövrüdür. Yeni doğulmuş balanın 5-6 kq çəkisi olur. Onlar 20-22 ilədək yaşaya bilər. Azərbaycanda təkə əsasən B.Qafqazın dağ-çəmən qurşağında məskunlaşmışdır. Onlar 1000-3500 m hündürlükdə yaşayır. Meşə qurşağının qayalı, uçurumlu sahələrində onların sürüsünə rast gəlinir. Təkələr yay zamanı milçəklərdən uzaqlaımaq üçün alp, subnival qurşağa qədər qalxır, qışda yemlə əlaqədar olaraq, meşə qurşağına düşür. Ümumiyyətlə, subalp dağ-çəmən və meşə-çəmən qurşaqları onlar üçün optimal yaşayış yeri hesab edilir. Respublika Ovçular və Balıqovlayanlar Cəmiyyəti İttifagı müstəsna hallarda iyunun 15-dən oktyabrın 1-nə qədər yalnız yaşlı erkək təkələrin ovlanmasına icazə verir. Qalan hallarda icazəsiz vurulan hər bir təkə üçün cərimə olunur. Ərazinin heyvanlar aləmində miqdar e’tibarilə ikinci yeri nəcim Qafqaz maralı tutur. Yaz və yay aylarında maralların sevimli yeri yuxarı meşə qurşağı və subalp çəmənlikləridir. Bə’zən onlar alp çəmənliyinə də qalxır. Payız-qış aylarında marallar mülayim iqlimli orta və aşağı dağ-meşə yarımqurşaqlarına enir. Subalp çəmənliklərində otlayan sürüsündə 30 başa qədər heyvan saymaq mümkündür. Müstəsna hallarda ana və bala maral sürülərinə də rast gəlinir. Maralların sayı 1990-cı ildə 600 başa qədər olmuşdur. Maralları sayı 15 il ərzində (1971-1985-ci illər) 806-1047 baş arasənda olmuşdur. Onların sayı 1977-ci ildə maksimuma çatmışdır. Burada 20 % artım hesabı ilə 1985-ci ildə 1800-2000 başdan çox maral olmalı idi. Təbii artımın az olması görünür maralların kənarlara yayılması eləcə də müvafiq biotexniki tədbirlərin lazımi səviyyədə görülməməsi ilə əlaqədardır. Ov heyvanlarından sayına görə üçüncü yeri Qafqaz köpkəri tutur. Onlar meşə, alp və subalp qurşaqlarında yaşayır, yay mövsümündə subalp qurşaqında və meşə kənarlarında, qış fəslində isə əsasən meşə qurşağında görünür. Azərbaycanda əvəllər köpkərlərin azalması müşahidə edilirdisə, son illərdə düzgün mühafizə nəticəsində onların sayı xeyli artaraq 350 başa çatmışdır. Köpgərlər, adətən, tək-tək və bə’zən də kiçik sürü ilə otlayır; 5-20 baş, nadir hallarda isə 40-45 başa qədər olan köpgər sürülərinə təsadüf edilir. Avropa cüyürləri əsasən aşağı və orta dağ-meşə yarımqurşaqlarında məskunlaşmışdır. Ərazində onların sayı nisbətən az olub, təxminən 140 başa çatır. Bütün meşə sahələrində və subalp çəmənliyində çoxlu çöl donuzu da vardır. Burada 280 başdan çox çöl donuzu qeydə alınmışdır. Burada vəhşi heyvanlar da çoxdur. Burada Qafqaz qonur ayısına, canavara və s. Tez-tez təsadüf edilir. Burada canavarlar tez-tez cütdırnaqlı heyvanlara, xüsusilə marallara, qabanlara və cüyürlərə hücum edir. Buna görə də qoruqun işçiləri canavara qarşı bütün il boyu mübarizə aparmalıdırlar. Qonur ayılar yabanı meyvə ağaclarına ciddi ziyan vurur. Adətən, vəhşi dırnaqlılar üzərinə hücum etmir, ancaq bə’zən canavarların ələ keçirdiyi ov qənimətini onlardan qopara bilir. Ərazidə onların sayı kifayət qədirdir (70 baş). Meşə və daş dələləri burada daha çox yayılmışdır, arabir vaşaqa da rast gəlinir. Zaqatala və sairə ərazisində quşlar da çoxdur. Burada sərçəkimilər dəstəsinin 59, yırtıcı quşların 15, ağacdələngimilərin 6, toyuqkimilərin və bayquşkimilərin hər birinin 4, göyərçinkimilərin 3, ququ quşukimilərin, hop-hopların, keçisağankimilərin və göycəqarğakimilərin hər birini 1 növü məskunlaşmışdır. Buradakı quşlardan toyuqkimilər fəsiləsinə mənsub olan, ərazi üçün endem sayılan iki quş – Qafqaz uları və Qafqaz tetrası daha çox diqqəti cəlb edir. Bu quşlar alp, subalp və çəmən-meşə qurşaqlarında yaşayır. Daşlı, qayalı və uçurumlu yamaclarda kəklik dəstələrinə tez-tez rast gəlinir. Burada çəmən anqutu, buynuzlu torağay bildirçin göyərçin, alabaxta və s. Qiymətli və gözəl quşlar vardır. Zaqatala rayonunun ərazisində yaşayan heyvan və quşlardan təkə, qonur ayı, kəpgər muflon, Qafqaz tetrası və Qafqaz ularının adı Qırmızı kitablara yazılmışdır. Böyük Qafqazın Cənubunda Qax rayonunun ərazisində 5 dəstəyə aid olan 35 növ məməlilər yaşayır. Bunlar dırnaqlııar (nəcim maral, cüyür, köpgər, təkə və çöl donuzu), yırtıcılar (qonur ayı, canavar, tülkü, daş bə meşə dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq), gəmiricilər (dovşan, süleysinlər, siçanlar, sincablar və s.) ibarətdir. Quşların 11 dəstəyə aid olan 90-a qədər növü məskunlaşmışdır; onların 60 növə qədəri isə sərçəkimilərə aiddir. Ərazidə sürünənlərin 12 növü yaşayır. Onların 7-si kərtənkələrə, 3-ü təlxələrə, 1-i ilanlara, 1-i isə koramallara aiddir. Çaylarda çay forel balığı yaşayır. Digər balıqlardan isə şərg qışovçusu, kür şirbiyi və kür xramulyası yalnız Kurmuxçayın aşağı sərhədindəki hissəsində məskunlaşmışdır. Burada suda-quruda yaşayınların 5 (qurbaqalar) növü yayılmışdır. Böyük Qafqazının cənubunda İsmayıllı rayonun ərazisində başlıca məqsədlərdən buradakı heyvanlar aləminin qorunması və artırılmasını tə’min etməkdir. Ərazinin mövcud təbiət komplksi və hazırkı heyvanlar aləmi buna tam əsas verir. Burada cüyür, çöl donuzu, köpgər, təkə, maral,ayı, canavar, vaşaq, çaqqal, meşə pişiyi, tülkü, yenot, porsuq, dovşan, dələ və s. Heyvanlar, qırqovul, turac, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn və s. quşlar vardır. Ov əhəmiyyətli heyvanlardan çöl donuzu, yenot, dələ, ayı, quşlardan isə qıeqovul daha çoxdur. Burada Qırmızı kitablara adı düşən qonur ayı, turac, köpgər və s. heyvan və quşlar qorunur. Buradakı heyvanlar və quşlar bioloji xüsusiyyətlərindən, ərazinin hündürlüyündən, iqlim şəraitindən və meşənin əlamətlərindən asılı olaraq, qoruq ərazisində qeyri-bərabər yayılmışdır. Onların yerləşməsində müəyyən şaquli qanunauyğunluq da müşahidə olunur: təkə yalnız yuxarı dağ-meşə yarımqurşaqlarında, köpgər əsasən yuxarı və orta, qismən də aşağı dağ-meşə yarımqurşaqlarında, maral, çöl donuzu, ayı bütün dağ-meşə qurşağında, cüyür yayda yuxarı, qışda aşağı dağ-meşə yarımqurşaqlarında daha çox məskullaşır. 1990-cı ildə aparılan siyahıya almaya görə İsmayıllı rayonun ərazisində 150 baş cüyür, 210 baş çöl donuzu, 54 baş təkə, 180 baş maral, 130 baş köpgər və s. Heyvanlar vardır. Quşlardan kəkliklərin də sayı xeyli çoxdur (90-dan artıq); lakin qırqovullar çox azdır(10-a qədər), ona görə də Əyricə qırqovul yetişdirmə məntəqəsinin hesabına burada qırqovulların sayına artırmaq lazımdır.

Äîìîé íà ïðåäûäóùóþ ñòðàíèöó íàâåðõ íà ñëåäóþùóþ ñòðàíèöó

IRADA

Copyright © 2003-2007.   Irada Babayeva.   All rights reserved.   
_______________________________________________________
 
Hər hansı bir materialların saytdan yerləşdirilməsi
yalnız müəllifin icazəsini alandan sonra,
sayt və müəllifin qeyd olunması şərtilə mümkündür.