Flora Havanın qorunması Qırmızı kitab Suyun qorunması Qoruqlar
Fauna Torpaqların qorunması Təbiətə ekskursiya Təbiət ehtiyatları Botanika bağı


÷îìãàZəngin ot və kol bitkiləri yarusu olan sıx və yüksək məhsuldar meşələr, yüksək otlu subalp çəmənliyi burada heyvan və quşların müxtəlif növlərinin məskunlaşmasına səbəb olmuşdur. Hazırda burada cüyür, çöl donuzu, təkə, qonur ayı, vaşaq, tülkü, porsuq, çaqqal, dovşan, dələ, canavar və s. heyvanlar, qırgovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa və s. quşlar vardır. Onlara qoruğun bütün ərazilərində rast gəlinir, lakin cüyür, ayı orta və yuxarı dağ-meşə yarımqurşaqlarında nisbətən çoxdur. Buraya hər il tək-tək maral, çoxlu qaranquş və sığırçın da “qonaq” gəlirlər.
Bu quş və heyvanların sayı və sıxlığı ərazidə çox deyildir. 1990-cı ilin payızında müəyyən edilmişdir ki, ərazidə 70-ə qədər çöl donuzu, 42 cüyür, 4 köpgər, 16 qonur ayı vardır. Cüyür və qırqovulun sayı onların optimal normasından xeyli azdır. Burada Qırmızı kitablara adı düşən heyvanlardan qonur ayı, köpgər, quşlardan turac, berkut, çöl qartalı və s. qorunur. Azərbaycan təbiətinin canlı incilərindən biri də cüyürdür. O Avropanın xeyli hissəsində, Asiyanın qərbində, Qafqazda, Orta Asiyada, cənubi Sibirin dağlarında, Monqolustanda, Uzaq Şərqdə məskunlaşmışdır. Vaxtilə Azərbaycan Ərazisində olan bütün meşələrdə və kolluqlarda bu heyvana rast gəlinirdi. Hətta Kür çayı sahilindəki meşələrdə də geniş yayılmışdı. İndi Kür-Araz ovalığında cüyürün kökü çoxdan kəsilmişdir. Hazırda yalnız B.Qafqaz, K.Qafqaz və Lənkəran dağlarındakı meşələrdə cüyürə rast gəlinir. Kürətrafı tuqay meşələrində müxtəlif məməlilər, sürünənlər, suda-quruda yaşayanlar, quşlar, Kür suyunda isə balıqlar yaşayır. Heyvanlar aləminin zənginliyi cəhətdən Qarayazı meşələri xüsusi əhəmiyyətə malikdir. Burada maral, qunduz, dələ, gəlincik, dovşan, çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, süleysün və s. heyvanlar məskunlaşmışdir. Nəcim Qafqaz maralı düzənlik ərazidə yalnız Qarayazı meşələrində, dağlıq regionlarda isə B.Qafqazın cənub yamacında və K.Qafqazda qorunur. B.Qafqazın cənub yamacında qorunmayan ərazilərdə də marallar məskunlaşır. Son mə’lumata görə bütün qorunan ərazilərdə 1300 başdan artıq maral vardır. Bura daimi yaşayan və köçəri quşlarla da zəngindir. Onlar sıx meşələrdə və müxtəlif kolluqlarda daha çox məskən salmışlar. Quşlardan qırqovul, göyərçin, alabaxta, qaratoyuq, ağacdələn , sığırçın daha çox olub, sayı 500-dən 2000-ə qədərdir. Ördək, su fərəsi və s. suya maraq göstərən quşlar da az deyildir; burada, hətta həmişə sevilən bülbül də vardır. Suda-quruda yaşayanlardan göl və quru qurbağaları, bataqlıq tısbağası, sürünənlərdən müxtəlif ilanlar və kərtənkələlər vardır. Kür və Araz ovalığında xeyli miqdarda məməlilər, sürünənlər və suda-quruda yaşayanlar vardır. Buradakı göldə və Xəzərin sahillərində 65 növə qədər quş yaşayır. Çala göldə və kanallarda yaşayan 12 növ balıq vardır. Burada ceyran, qunduz, çöl donuzu, dovşan, Xəzər suitisi, canavar, çaqqal, tülkü, porsuq və s. heyvanlar məskunlaşmışdır. Ərazidə oturaq və köçəri quşlar daha çoxdur. Quş növlərindən turac, bəzgək, dovdaq, qu quşu, boz qaz, qızıl qaz, Quba qazı, qızıl baş ördək, boz ördək, anqut, qaşqaldaq, böyük ağ vağ, boz vağ, sarı vağ, bizquyruq ördək, enliburun ördək və s. məskən salmışdır. Burada çöl donuzunun sayı 240, canavar 8, tülkü 25, çaqqal 15, qamışlıq pişiyi isə 30 başa çatmışdır. Burada Azərbaycanin Qırmızı kitabına düşmüş çəhrayı qutan, qara leylək, bəzgək, dovdaq, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu kimi köçəri və oturaq quşlar mühafizə olunur. Burada 1.31 min baş müxtəlif qaz, 12 min baş qaşqaldaq, 6,3 min baş sultan toyuğu, 1,8 min baş bəzgək, 1,63 min baş qu quşü vardır. Ceyran məməli heyvanların cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsindədir. Çəkisi 35 kq-a qədərdir. Bədəninin uzunluğu 95-115, hündürlüyü isə 60-75 sm-ə çatır. Çox çevik və oynaq heyvandır, saatda 50-60 km sür’ətlə qaça bilir. Dekabrın ortalarından başlayaraq hövrə gəlir, 5 ay boğazlıq dövründən sonra (mayda) 1-2 bala doğur. İldə iki dəfə - yazda (mart) və payızda (oktyabr) tükünü tüləyir. Ceyran dünyada az yayılmış heyvandır. Onun məskəni Zaqafqaziya, Ön Asiya, Orta Aziya, Qazaxıstan və Mərkəzi Asiyadır. Azərbaycan ceyranın daha çox yaşadığı ərazi olmuşdur, lakin insan fəaliyyəti onların dincliyini pozmuş, nəslini azaltmışdır. Böyük Qızılağac və Kiçik Qızılağac körfəzlərinin ərazilərində məməlilərin, sürünənlərin, suda-quruda yaşayanların, həşəratların, balıqların bir çox növləri yaşayır. Burada yırtıcı heyvanlardan canavar, tülkü, çaqqal, qamışlıq pişiyi, porsuq, Qafqaz gəlinciyi məskən salmışdır. Qamışlıq pişiyi, çaqqal və tülkü quşları xeyli məhv edir. Sürünənlərdən Xəzər və bataqlıq tısbağaları, zolaqlı kərtənkələ, biçimli ilanbaş, adi və su koramalı, gürzə və s. təsadüf edilir. Cücüyeyənlərdən uzunquyruq ağdiş və Zaqafqaziya kirpisi vardır. Gəmiricilərdən Zaqafqaziya dovşanına, siçanlara, siçovullara təsadüf edilir. Suda-quruda yaşayanlardan isə müxtəlif növ qurbağalar yaşayır. Su heyvanlarından Böyük Qızılağac körfəzində Xəzər süitisi vardır. Bə’zən 10 başdan ibarət olan suiti sürülərinə də rast gəlinir. Burada 30 növdən artıq balıq qeydə alımışdır. Siyənək, kütüm, çəki, naxa, sıf, çapaq, kefal, xul və s. balıqlar mühüm sənaye əhəmiyyətlidir. Ərazidə qunduz iqlimə yaxşı uyğunlaşır. İqlimə uyğunlaşdırmaq üçün ilk dəfə 1931-1932-ci illərdə buraya 80 baş qunduz buraxılmışdır; onlar tezliklə xeyli artmışdır. Lakin 1935-ci ilin sərt qışı az qala onları tamamilə məhv etmişdir. 1959-cu ildən yenidən Kiçik Qızılağac körfəzinin şimal-şərq hissəsinə 396 qunduz buraxılmışdır. 1960-1961-ci ilin ov mövsümündə burada 2 min qunduz ovlanmışdır. Qunduz həmin ərazi üçün perspektivli təsərrüfat heyvanıdır.Ağcabədi və Beyləqan rayonlarında köçəri və yerli quşların, heyvanların çox məskunlaşdığı su sahələrindən biridir. Buradakı göldə və onun ətrafinda 13 dəstədə, 140 növdən artıq quş məskunlaşmışdır. 87 növ quş yumurta qoyub bala verir, 500 minə qədər quş ancaq qışlayır. Burada boz, qızıl, qaşqa və qırmızıdöş qazlar, harayçı və fısıldayan qu quşları, yaşılbaş, bizquyruq, ala, qırmızı, kəkilli qara və boz ördəklər, fitçi və mərmər cürələr, enliburun, marek, qırmızıdimdik, qızılbaş, ağgöz dalğıclar, qaşqaldaq, sultan toyuğu, böyük su fərəsi, ərsindimdik, qaravay, böyük ağ, kiçik ağ, boz, sarı və Misir vağları, qarıldaq, əyridimdik, böyük və kiçik qarabatdaqlar, qıvrımlələk qutan, bizdimdik, çökükburun, bəzgək, çobanaldadan və s. quşlar yaşayır. Burada belibağlılar (bataqlıq, tarla və çəmən), ağquyruq, qartallar (dəniz və çöl), yırtıcı quşlar (bildirçinqanan və s._ da vardır, burada 33.6 min çay , 10 min dalğıc ördəkləri, 5.8 min qaz, 52 min qaşqaldaq, 16 min sultan toyuğu və s. quşlar yaşayırdı. Ərazidə adı Azərbaycanın Qırmızı kitabına düşmüş sultan toyuğu, bəzgək, qara leylək, çəhrayı qutan, ərsindimdik, qızılqaz və s. quşlar qorunur. Burada məməli heyvanlardan çöl donuzu, qunduz, dovşan, canavar, tülkü, porsuq, qamışlıq pişiyi və s. olur, onlar 10 növə qədərdir. Burada 1800 baş qunduz, 180 baş qamışlıq pişiyi, 70 baş çöl donuzu, 90 baş dovşan qeydə alınmışdır. Yuxarıda qeyd edildiyi kimi, Ağgöldə keçmişdə balıq həm miqdarca, həm də növcə çox zəngin idi, lakin sonradan gölün suyunun şorlaşması və kütləvi ovlanma nəticəsində onun balıqları xeyli azalmışdır. Hazırda burada 12 növ balıq vardır. Onların xeyli hissəsi ov əhəmiyyətli balıqlardır. Burada balıqçılıq vətəgəsi yaradılmışdır.

 

Äîìîé íà ïðåäûäóùóþ ñòðàíèöó íàâåðõ

 

Ədəbiyyat mənbəi:
“Təbiətin keşiyində” H.Ə.Əliyev

IRADA

Copyright © 2003-2007.   Irada Babayeva.   All rights reserved.   
_______________________________________________________
 
Hər hansı bir materialların saytdan yerləşdirilməsi
yalnız müəllifin icazəsini alandan sonra,
sayt və müəllifin qeyd olunması şərtilə mümkündür.