Flora Havanın qorunması Qırmızı kitab Suyun qorunması Qoruqlar
Fauna Torpaqların qorunması Təbiətə ekskursiya Təbiət ehtiyatları Botanika bağı


ýëüäàðñêàÿ ñîñíàAzərbaycan R – in ərazisi 88.6 min km2-dir. Bu ərazi zəngin floraya malikdir (4200-dən çox ali sporlu və çiçəkli bitki növləri yayılmışdır). Növlərin ümumi sayına görə buradakı flora qardaş Zaqafqaziya respublikadakından çoxdur.
Respublikamızda rast gələn bitki növləri 125 fəsilədə (Qafqazda 156) və 930 cinsdə (Qafqazda - 1286) birləşmişdir. Azərbaycan florası Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66 %-ni təşkil edir. Azərbaycanda floranın zənginliyinə və rəngarəng bitki örtüyünün olmasına səbəb, onun fiziki coğrafi və təbii – tarixi şəraitinin uzaq floristik vilayətlərin təsirləri altında formalaşmış mürəkkəb flora tarixi ilə əlaqədardır. Respublikamızın üçüncü dövrə aid olan relikt cinsləri ilə də zəngindir ki, bunların da nümunələrinə respublikanın bütün zonalarında, xüsuilə Talış rayonu ərazisində daha çox rast gəlinir. Üçüncü dövr reliktlərinə dəmirağacı (Parrotia persica). Lənkəran akasiyası (Albizzia Julibrissin), şabalıd – yarpaq palıd (Quercus castaneifolia), azat (Zelkova hyrcana), şümşat (Hex hyrcana), danaya (Danae racemosa) və başqalarını göstərmək olar. VIII cildlik “Azərbaycan florası” əsərində respublikamızda 370-dən artıq endemik bitki növlərinin olduğu göstərilir. Cənubi Zaqafqaziya, xüsusilə Naxçıvan MR və Zuvand rayonları endem bitkilərin çoxillik ot nümunələri ilə daha çox zəngindir. Azərbaycan florasının tərkibində bütün real tiplərinin nümunələrinə, yəni qədim meşə, boreal, bozqır, kserofil, səhra, Qafqaz və adventiv tiplərinə rast gəlinir. Qədim meşə tipləri nümunələri Talışda, boreal tipi Böyük və Kiçik Qafqazın yüksək dağ zonalarında, kserofil və Qafqaz tipləri respublikanın bütün rayonlarında, bozqır tipi Bozqır yaylası və Kür – Araz ovalığında daha geniş yayılmışdır. Səhra və adventiv areal tiplərinə isə respublikamızda az təsadüf edilir. Respublikanın Kür – Araz ovalığında, Xəzər ətrafı və başqa düzənliklərdə çoxlu miqdarda göl, gölməşələr, axmazlar və bataqlıq sahələri vardır ki, bunlarda da zəmgin bitki örtüyü inkişaf etmişdir. Su – bataqlıq bitkiliyi (çala) interezonal xarakter daşımaqla yarımsəhra bitkiliyi arasında ləkələr şəklində, tuqay meşələri arasında, böyük çayların, kanalların, limanların və axmazların kənarlarında rast gəlinir. Çay kənarlarında qarğı (Arundo donax), bataqlıq yerlərdə isə qamış Phragmites australis-ph. Communis, çəngəllikləri əmələ gəlir. Bəzi yerlərdə taxıl bitkisi nümunələri sıx, hündür (3 m-ə qədər) və çətin keçilən çəngəlliklər yaradırlar. Belə çəngəlliklərdə - Cynanchum acutum, Cressa cretica, Alopecurus myosuroides, çiyən (Typha), volfiya (Wolffia arrhiza), başqa növ bitkilərə çox təsadüf edilir. Burada savanna tipli hündür boylu marqus (Erianthus purpurascens) bitkisinə rast gəlinir. Kür – Araz ovalığındakı çala tipli bitkilərdə çayarlıq (Cynodon dactylon), biyanlıq (Glycirrhiza glabra) və lıqvər çəngəlliyi (Bolbischoenus maritimus) nisbətən geniş yayılmışdır. Lıqvər çəngəlliyi quruluşuna görə qarğı çəngəlliyini xatırladır. Qarabağ düzənliyində dəvəayağı (Limonium meyeri L. scoparium), süsən (Lris), qırxbuğum (Polygonum patulum), poruq (Stachys palystris), ağlarot (Lythrum salicaria) kimi bitki növlərinə tez – tez rast gəlinir. Şərqi Zaqafqaziyanın rütubətli şorakətli düzənliklərində - Halostachys caspica, Halocnemum strobilaceum, Salicornia europaea, Suaeda al tissima, Kalidium caspicum və başqaları geniş məskən salmışlar. Liman və axmazlarda (xüsusilə Dəvəçi limanında) ən çox çiyən (Typha angustifolia və Turha-nın başqa növləri) yayılmışdır.
Kür çayının aşağı hissəsindəki bəzi göl və kanallar üçün Xəzər şanagülləsi (Nelumbium alba), bataqlıq çiçəyi (Nymphoides peltatum), qovuqca (Ulticularia vulgaris), salviniya (Salvinia natans) və s. kimi su bitkiləri çox xarakterik hesab edilir. Adətən, çanagüllə bitkisi sıx çəngəllik əmələ gətirərək suyun səthini öz enli yarpaqları ilə tam örtər və çiçəkləmə dövründə qeyri – adi gözəllik yaradır. Relikt assosiasiyaya aid olan şanagüllə çəngəllikləri üçüncü dövrdən hazırki günə gəlib çatmışdır. Talış düzənliklərində bataqlıq sahələr geniş yayılmışdır. Burada su çiçəyi (Potamogeton pectinoides P. Lucens), saöaqotu (Myriophyllum spicatum), su fındığı (Trapa hyrcana), buynuzyarpaq (Ceratophyllum demersum) və s. kimi bitkilər çoxluq təşkil etməklə, bataqlıq formasiyalarından süsənlik çəngəlliyini də qeyd etmək olar. Burada sarı bataqlıq süsəni (iris pseudocorus), qurbağaotu (Sparganium erectum (- S. polyedrum), bataqlıq cilli (Schoeloplectus lacutris) və bataqlıca (Helecharis eupalustris) xüsusi formasiyalar yaradırlar. Bütün düzənlik boyu çoxlu miqdarda quruyan bataqlıqlar üçün qaymaq çiçəyi (Ranunculus ophioglossifolius), buşiya (Buschiya laterifloro), lippiya (Lippia nodiflora), nanə (Mentha agnatica), qırxbuğum (Polygonum minus), yol baqəvəri (Alisma plantago) və s. kimi boyu qısa olan alabəzək otların yayılması çox səciyyəvidir. Su – bataqlıq bitkiliyinə aşağı, orta və yüksək dağ qurşaqlarında da rast gəlinir. Su bataqlıq bitkiliyi respublikanın subalp və alp qurşaqlarında daha geniş yayılmışdır. Bu quşaqlarda 100-dən artıq bataqlıq, göl və gölməçə vardır. Bunlardan ən xarakterik olanları Kiçik Qafqazda Alagöllər massivi, Zalxılıgöl; Böyük Qafqazda Xalagöl; Naxçıvan MR-də Batabat, Qanlıgöl, Göygöl, Salvartı və Qazan gölləridir. Kür – Araz ovalığı, Xəzər ətrafı və başqa geniş düzənliklər yovşanlıq və şorangəlik yarımsəhraları, ən aşağı dənizkənarı şorlaşmış qumlu yerlər və rütubətli şoranlıqlar isə kolcuqlardan ibarət səhra tipli bitkiliklə örtülmüçdür. Şorangəlik bitkiliyinə, yovşanlığa nisbətən çox ayrı – ayrı variantlarda rast gəlinir, çünki bunun əsasının müxtəlif şorəngə cinsinə aid olan edifikatorlar təşkil edir. Şorangə bitkisi numunələri üst qatı az – çox şorlaşmış boz tipli torpaqlarda da yayılmışd ır.

 

  Äîìîé íàâåðõ íà ñëåäóþùóþ ñòðàíèöó

 

IRADA

Copyright © 2003-2007.   Irada Babayeva.   All rights reserved.   
_______________________________________________________
 
Hər hansı bir materialların saytdan yerləşdirilməsi
yalnız müəllifin icazəsini alandan sonra,
sayt və müəllifin qeyd olunması şərtilə mümkündür.