|
Sarsazanlıq
və ya qaraşoranlıq (Halocnemetum). Bu
şorangılik səharsı ən çox
şoran torpaqlarda inkişaf edir. Qaraşoranın
(Halocnemum strobilaceum) alçaqboylu, yerə sərilmiş
kolcuqları təpəciklər əmələ
gətirməklə, səhrada iri təpəcikli
çoranlıqlar yaratmış olur. Belə
böyük təpəciklərə ən
çox Lökbatan düzənlikləri, Muğan
bozqırları və başqa səhralarda
rast gəlinir. Sarıbaş səhrası
(Kalidietum) da həmçinin çox şoran
torpaqlarda yayılmaqla, çox böyük
olmayan kol şəklində (Kalidium caspicum)
formalaşmışdır. Xırda təpəcikli
sarıbaş səhralarına Kür – Araz
ovalığı və Xəzərətrafı
sahələrdə ləkələr şəklində
rast gəlinir. Şahsevdilik
(Halostachydetum) səhrası iri kol olan (Halostachys
caspica) iştirakı ilə əmələ
gəlmişdir. Bu səhra əsasən düzən
yerlərdə yayılmışdır. Yuxarıda
göstərilən iki səhra formasına
nisbətən, şahsevdilik səhrasının
tərkibində 5-6 növ efemer və efemerioidlərə
təsadüf edilir. Bəzən yulğunla
(tamarix) birlikdə rast gəlir. Bu formasiyanın
xarakterik massivi Şərqi Zaqafqaziya düzənliyi
hesab edilir. Çərən
səhralığı (Suaedetum) Suaeda microphylla
və s. dendroides kolluqları hesabına formalaşmışdır.
Çərənin geniş yayılmış
yuxarıda göstərilən iki növünə
Kür – Araz ovalığı və çox
yüksək olmayan dağətəyi yamaclarda
rast gəlinir. Çərənin birillik növlərinə
dənizkənarı düzənliklərdə
və şorangəli səhralarda ləkələr
şəklində təsadüf edilir. Şahsecdi
şoranlığı (Salsoletum ericoides) ən
geniş yayılan şorangə səhralarından
biridir. Tək – tək, bəzəndə başqa
şorangələrlə birlikdə formasiyalar
əmələ gətirir. Respublikamızın
istər qərb (Ceyrançöl, Acınohur)
və istərsə də şərq (Şirvan,
Mil, Muğan) rayonlarında geniş yayılmışdır.
Dağ
şorangəliyini (Salsoletum gem mascens) ən
çox yeni əhəmiyyəti olan kiçik
Salsola naulosa (-S. gemmascens) kolcuqları əmələ
gətirir. Ən geniş yayılmış
dağ şorangəliyi sahələrinə
dağətəyi rayonlarında Qobustan, Ceyrançöl
və Acınohurda rast gəlinir. Bəzən
yovşanla (Artemisia fragrans) birlikdə yarımsəhralar
əmələ gətirir. Bu növ şorangə
formasiyalarında efemer və efemerioidlər
bolluq təşkil edirlər. Ağacvari
şorangəlik (Salsoletum dendroides) yarımsəhrası
Salsola dendroides kolları hesabına formalaşmaqla
daha geniş sahələrdə yayılmışdır.
Ağacvari şorangə (qarağan) az şorlaşmış
torpaqlara uyğunlaşmışdır. Bu
yarımsəhraların tərkibi efemer bitkiləri
ilə çox zəngindir. Ağacvari şorangə
bitkisi yovşan, digər şorangələr
və çala bitkiləri ilə (Alhagi, Glycyrrhiza)
və başqaları müxtəlif variantlarda
keçid və qarışıq qruplaşmalar,
yaradır. Ağacvari
şorangə bəzi yerlərdə hündürlüyü
bir metrə çatan sıx qol – budaqlı
yarımkollar əmələ gətirir. Ümumiyyətlə,
respublikamızda şorangə (Saisola) cinsinin
22-yə kimi növünə rast gəlinir.
Birillik
şoran bitkisi nümunələrindən
yağlı şoran (Saisola crassa) və qışotu
(Petrosimonia brachiata) respublikanın qış
otlaqlarında çox geniş yayılmışdır.
Meyvələmə
zamanı çox əlvan görünən
şorangə (Seidlitzia florida) çəngəlliklərinə
Şəki yaylasının az şoranlaşmış
yerlərində təsadüf edilir. Göstərilən
birillik şoran bitkiləri qruplaşmalarında
efemerlərin zəif inkişafı çox
xarakterikdir. Şorangə bitkisi çəngəlliklərinə
Naxçıvan MR və bozqır yaylasında
rast gəlmək olar. Çoxillik halofit bitkilərindən
Anabasis, aphylla, Atraphaxis angustifolia, Kochia prostrata,
bitkilərindən isə Gamanthus pilosa, Solicornia
europaea və başqalarına tək – tək
və digər şorangə bitkiləri ilə
birlikdə rast gəlir. Atraphaxis spinosa boz
dağlarda, ardşc meşəliklərində
geniş yayılmışdır. Yovşanlıq
yarımsəhrası (Artamisieta) ən geniş
yayılmış yarımsəhra bitkiliyi
tiplərindən biridir. Bu yarımsəhra
bitkiliyi boz tipli zəif şoranlaşmış
torpaqlarda inkişaf edir. Qeyd etmək lazımdır
ki, yarımsəhraların fiziki coğrafi
şəraiti səhralara nisbətən yaxşı
olduğu üçün, burada bitkilərin
inkişafı üçün əlverişli
şərait vardır. Tam (təmiz) yovşanlıq,
yarımsəhrası daha geniş yayılmışdır.
Lakin yerlərdə yovşanlıq yarımsəhrası
ilə birləşərək, qarışıq
formasiyalar əmələ gətirir. Xüsusilə
Kür – Araz ovalığında yovşanlı
qarağanlıq (Artemisieto – Salsoletuin dendroides),
yovşanlı - şahsevdi şoranı (Artemisieto
– Salsoletum ericoide), yovşanlı gəngizlik
(Artemisicto – Salsoletum gemmascens) kimi müxtəlif
variantlarda qarışıq yovşan və
şorangə formasiyaları geniş sahələri
əhatə edir. Qobustan, Ceyrançöl və
Naxçıvan MR-nın bəzi dağətəyi
rayonlarında yovşanlı – şiyavlıq
(Artemisieto – Stipetum lessingiana) və yovşanlı
ağotluq (Artimisieto – Botriochloa ischaemum) kimi
bozqır tipli formasiyalar müşahidə
edilir. Yovşan formasiyalarının bütün
variantlarında soğanaqlı qırtıc
(Poa bulbosa), yapon tonqalotu (Bromus japonicus), bərk
quramit (Lolium rigidum), şərq bozağı
(Eremopyrum orientale), durnaotu (Erodium cicutarium),
xırda qarayonca (Medicago minima), göy qarayonca
(Medicago coerulea) və s. kimi efemer və efemeroid
bitkiləri üstünlük təşkil
etməklə, yarımsəhralıqda təbii
landşaft yaradırlar. Ümumiyyətlə,
yovşan yarımsəhrasında efemer və
efemoid bitkilərin sayı 20 – 25, bəzən
isə 25 – 40-a çatır. Yovşan
formasiyaları açıq şabalıdı
və bozumtul torpaqlarda, dənizkənarı
qumluqlarda və s. yerlərdə inkişaf
edir. Dənizkənarı və dəniz altından
çıxmış sahələrdə qumluq
yovşanı (Artemisia), gəvən (Astragalus
hyrcanus, A. igniarius) və endemik (Astragalus bakuensis),
İran sarmaşığı (Convolvulus persicus)
və başqa bitkilərə rast gəlinir.
Bundan
əlavə qumluqlarda Convolvulus erinaceus, Stipa
lagascae (-S. gigantea), Ammochloa palestina, Caligonum
bakuense, Nitraria schoberi və s. kimi maraqlı
və nadir bitki növləri inkişaf edir.
Hazırda səhra və yarımsəhra tipli
bitki örtüyü olan sahələrin geniş
bir hissəsində kənd təsərrüfatı
bitkiləri becərilir. Ceyrançöl yüksəklikləri
və bozqır yaylada yarımsəhra bitki
örtüyü, bozqır bitkilikləri ilə
birləşərək, yarım bozqır
(quru bozqır) tipli bitki qruplaşmaları
əmələ gətirir. Yarımbozqırlarda
yarımsəhralara nisbətən çiməmələgəlmə
prosesi surətlə gedir. Ot örtüyü
isə nisbətən seyrək olur. Yarımbozqırların
tərkibində taxıl edifikatorları ilə
yanaşı, çoxillik müxtəlif otlar,
paxlalılar və birillik otlar da iştirak
edir. Yarımbozqırların
ən səciyəvi bitkilərindən Medicago
transcaucasica, Centaurea reflexa, Gypsophilla Stevenii,
Teucrium polium, Sideritis montana, Minuartia montana
(-M viesneri), Stipa capillata və başqalarını
göstərmək olar. Dəniz
səviyyəsindən bir qədər yüksəkliklərdə
topal Festuca rupicola (-F. sulcata), şiyav (Stipa
caspica), (-S.szovitsiana) və nazikayaq (Brachypodium
distachyum) bu bitkilərə qarışır.
Şəki yaylası rayonunda qızılsaqqal
(Chrysopogon gryllus) böyük çəngəlliklər
əmələ gətirir. Bu çəngəlliklərin
floristik tərkibi dağ yamaclarının
istiqamətindən asılı olaraq dəyişir.
Belə ki, cənub yamaclarında çoxillik
taxıl otları (Stipa caspica (-S.szovit-siana,
Agropyron cristatum, Botriochloa ischaemum) bu çəngəlliklərə
qarışaraq qızılsaqqal bozqırı,
şimal yamaclarında isə müxtəlif
otlar və paxlalılar (Potentilla recta, Gruciata
glabra- (Galium vernum), Filipendula vulgaris (-F. hesapetala).
Astragalus multirjugus (-A. stevenianus), Medicago transcaucasica,
Koshia prostrata, Salvia nemorosa, Onobrychis cyri, O.
vaginalis bir sahədə rast gələrək
yarımbozqır tipli bitki örtüyü
əmələ gətirirlər. Bozqır
tipli bitki örtüyünə həmçinin
ortadağ (şiyavlıq) və yüksəkdağ
(şiyavlı topallıq) qurşaqlarında
rast gəlinir. Yüksək dağ zonalarında,
xüsusilə subalp və aslp çəmənliklərində
bozqırlaşmış çəmən
tiplərinə də təsadüf edilir.
Fcstuca rupicola (-F. sulcata), F. supina, Stipa capillata,
Festuca Kotschyi, -F. varia isə yüksək
dağ bozqırlarının edifikatorları
hesab edilir. Axırıncı növ F. varia
bozqırlaşmış çəmənlik
əmələ gətirir. Bütün bozqır
variantlarının səciyyəvi bitkilərindən:
Koeleria macrantha – (-K.gracilis), artemisia orientalis,
Thymus grex sp. Pyrethrum grex sp. Dianthys grex sp. Scabiosa
caucasica, Pimpinella rhodanta, Plantago lanceolata, (Phleum
phleoides, Grusiata glabra (-Galium vernum), Onobrychis
sp. və başqalarını göstərmək
olar.
|