Flora Havanın qorunması Qırmızı kitab Suyun qorunması Qoruqlar
Fauna Torpaqların qorunması Təbiətə ekskursiya Təbiət ehtiyatları Botanika bağı


ãðàíàòRespublikanın quru isti cənub rayonlarında (Naxçıvan MR, Zuvand, Cəbrayıl, Zəngilan və s. (dağ kserofit bitkiliyi) friaqana, şiblək tikanlılar tipi və s.) inkişaf etmişdir. Tikanlılar tipi daha geniş areala malikdir. İqlimin quru, relyefin müxtəlif (dər - təpəli) və yamacların çınqıllı, daşlı, qayalı olması, dağ kserofit formasiyasının yayıldığı rayonlar üçün çox səciyyəvidir. Tikanlılar tipinin ön asiya variantları respublikamızda daha geniş inkişaf etmişdir. Bu senozların tərkibi yastığabənzər formada tikanlı kiçik kollardan, xüsusilə tikanlı gəvən və tikanlı buynuzlu xaşadan (Onobrychis cornuta) ibarətdir. A. A. Qroccheym tıs – tıs kolcuqlarını da (Acantholimon grex sp.) tikanlılar tipinə aid edir. Gəvən növlərindən Astragalus aureus yüksək dağ qurşaqlarında geniş areala malikdir. A. microcephalus növü isə aşağı və orta dağ qurşağı yamaclarında ləkə – ləkə çəngəlliklər əmələ gətirir. Az təsadüf edilən A.andrejii növü, xüsusi çəngəllik əmələ gətirir və onun fitosenoloji quruluşu yuxarıda göstərilən növlərin quruluşuna oxşayır.
Göstərilən gəvənliklərin daimi komponentlərindən bozqır variantlı bitkilər: Festuca rupicola (-F. sulcata), Thymus grex sp. Və s. göstərmək olar. Onobrychis cornuta – ja Arrıdağda, Culfa və Dağlıq Qarabağ rayonlarının nisbətən aşağı sahələrində təsadüf edilməklə, dağ kserofit tipli bitki örtüyü əmələ gətirir. Naxçıvan MR-nın dağ kserofit bitkiliyinin kiçik bir sahəsinin müxtəlif variantlarda yayılmış friqana tipli bitki örtüyü təşkil edir. Friqanalar 1000 – 1500 metrə qədər yüksəkliklərdə müstəqil formasiyalar yaradırlar. Bu formasiyalarda 300-dən artıq bitki növünə rast gəlinir. Naxçıvan MR-də friqanın əmələ gətirən bitkilərdən: halimiphllum atriplicoides (-Zygophyllum atripilcoides), Aellenia glauca (-Salsola glauca), Salvia dracocephaloides, Astragalus sovitsii, Amblyopogon xanthocephalus, Hedysarum formosum, H.atropatanum, Hypericum scabrum, Stachys fruticulos, S.inflata, Onobrychis transcaucasiva və s. göstərmək olar. Tomilyar variantlı friqana formasiyaları da az – çox yayılmışdır. Bu formasiyaların tərkibində əsasən kəklikotu (Thymus kotschanus) və çölnanə (Satureja macrantha) dominantlıq təşkil edirlər. Tərkibi əsasən kollardan ibarət olan qariqa tipli kserofit formasiyalar friqanalara nisbətən az yayılmışdır. Qariqa tipli bitki örtüyü üçün karvanqıran (Atraphaxis spinosa), murdarça (Rhamnus pallasii) və s. bitkilər çox səciyyəvidir. Bütün friqiana variantlarında yuxarıda göstərilən dominantlardan əlavə Euphorbia, Marrubium, Lactuca, Achillea, Phlomis, Cousinia və s. kimi cinslərin bir çox növləridə geniş yayılmışdır. Respublikamızda friqiana tipli bitkiliyə nisbətən şiblək bitki örtüyü kiçik sahələri əhatə edir. Bu isə şiblək bitki örtüyü olan sahələrdə kolların qırılması və üzümlüklər salınması ilə əlaqədardır. Lokal formada respublikanın cənub rayonlarında, xüsusilə naxçıvan MR, Zəngilan və Turyançay qoruğunda şiblək variantlı dağ-kserofit bitkiliyinə rast gəlinir. Müxtəlif variantlı şiblək formasiyalarının əsasını Amygdalus fenzliana, Rhamnus pallasii, Paliurus spina christi, Cotoneaster racemiflora, Spiraea komarovii və s. kimi bitki növləri təşkil edir. Böyük və Kiçik Qafqazın dağətəyi sahələrində (Zəngilan, Qubadlı yaylası və s.) tərkibi ardıc, nar və saqqız ağaclarından ibarət arid tipli seyrək meşələrə rast gəlinir ki, bu meşələr təbii halda saqqız ağacı – ardıc meşəliyi Turyançay qoruğunda yaxşı saxlanılmışdır. Bu qoruqda ardıcın 6 növünə təsadüf edilir. Müxtəlif ardıc növlərinin hündürlüyü 6 – 7 metrə çatır. Böyük və Kiçik Qafqazın dağətəyi sahələrində yerləşən kserofil tipli meşə və meşəciklərin əsas tərkibini saqqız ağacı (Pistacia mutica) və müxtəlif ardıc (Juniperus) növləri təşkil edir. Kiçik meşələrdə dağ-dağan (Celtis caucasica), sarağan (Cotinus coggygria), albalı (Cerasus incana), jasmin (Jasminium fruticans), murdarça (Rhamnus pallasii), topulça (Spiraea crenata) və s. kimi bitkilər rast gəlinir. Eldar oyuğu sahəsində (bozqır yaylası) üçüncü dövrün qalığı olan seyrək eldar şamlığı (Pinus Eldarica) meşəliyi vardır. Kür – Araz, Alazan və İori çayları boyu hissə – hissə lenta şəkilli lokal formalı tuqay meşələri yayılmışdır. Bu meşələrin tərkibi qovaq (Populus hybrida), söyüd (Salix australius), iydə (Elaeagnus angustifolia), qaraağac (Ulmus foliacea), tut (Morus alba), yulğun (tamarix ramosissima), nar (Punica granatum) kimi ağac və kol cinsi növlərindən ibarətdir. Bəzən dağ çayları boyu Tuqay meşəliklərinə, xüsusilə iri çay vadilərində və dəfələrlə seyrək kollardan ibarət meşəciklərə rast gəlinir ki, buradada ən çox çay dükanı, iydə, sumax, skumpiya, yulğun, söyüd, tut, pirakanta, nar, itburnu, böyürtkan və s. kimi bitkilər geniş yayılmışlar. Çaytikanına (Hippohae rhamnoides) başlıca olaraq dağ vadilərində Şinçay, Kişçay, Dəmiraparançay, Turyançay, Göyçay, Ağsuçay və s. geniş yayılmışdır. Respublikamızda bu bitkinin bol xammal ehtiyatı vardır. Talışın çay kənarlarında yalanqoz (Pterocarya pterocarpa) və qızılağac (Alnus subcordata) çox vaxt içəngəlliklər əmələ gətirir. Qızılağacın başqa bir növü (Alnus barbata) Talışın bataqlıqlı meşələri üçün çox səciyyəvidir. Talışın ətraf meşələrində incilin yerli endemik növü (Ficus hyrcanica), xamırmaya (Humilus lupulus), çəpər sarmaşığı (Smilax exceisa), kəndalaş (Sambucus ebulus), cilin müxtəlif növləri (Carex), ürəkotu (Cardamine), dişə (Poa), bataqlıqlarda isə cığ (Juncus grex sp.) rast gəlməklə müxtəlif cığlıq (Juncetum) formasiyalar əmələ gətirirlər. Quba - Xaçmaz, Qarabağ və eləcə də Alazan – Həftəran vadisində lokal formalı (ləkələr şəklində) düzən meşəlikləri yayılmışdır. Bu meşəliklərdə uzun saplaq palıd (Quercus longipes), qaraağac (Ulmus foliacea), yemişan (Crataegus grex sp), əzgil (Mespilus germanica) və s. kimi ağac və kol cinsləri daha üstünlük təşkil edirlər. Alazan – Həftəran vadisi meşələrində yuxarıda göstərilən növlərdən başqa ağcaqayın (Acer velitinum), cökə (Tilia caucasica), göyrüş (Fraxinus excelsior), qaraağac (Ulmus suberosa), armud (Pyrus caucasica) kimi ağac növləri, sarmaşan bitkilərdən isə sarmaşığı (Hedera helix), ağəsmə (Clematis vitalba), yabanı üzüm (Vitissilvestris) geniş yayılmışdır. Quba – Xaçmazın düzən meşələrində uzunsaplaq palıddan (Quercus longipes), əlavə, Q, pubescens və palıdın bir çox öyrənilməmiş formaları yayılmışdır. Düzən palıd meşələrinin tərkibində müxtəlif növlərə, o cümlədən qaraağac (Ulmus suberosa), vələs (carpinus caucasica), ağcaqayın (Acer campestre), armud (Pyrus caucasica), fındıq ağacı (Corylus avellana), yemişanlar (Crataegus grex sp), əzgil (Mespilus germanica), lianlardan isə yalnız sarmaşığa (Hedera pastu chovii) rast gəlinir. Qarabağ massivindəki düzən meşələrində uzunsaplaq palıdla yanaşı qaraağac (Ulmus suberosa), tut (Morus alba), iydə (Elaegnus grex sp), alça (Prunus divaricata), qaratikan (palirius spina christi), nar (Punica granatum); sarmaşan bitkilərdən isə Smilax excelsa, Vitis silvestris Periploca graeca müşahidə edilir. Talış meşələrində (xüsusilə qızılağac meşələrində) göyəm və giləzəhər (Tamus communis) kimi sarmaşan bitkilərə rast gəlinir. Talışdan başqa respublikanın digər rayonlarında, o cümlədən böyük qafqazın dağətəyi cənub yamaclarında yayılmış relikt tipli hirkan ağaclarını xüsusilə qeyd etmək lazımdır. Talışın düzən meşələrinin səciyyəvi ağac cinslərindən dəmirağac (Parrotia persica) və şabalıdyarpaq palıdı (Quercus castaneifolia) göstərmək olar . bu relikt ağac cinslərindən əlavə talışın hirkan tipli meşələrində Qafqaz vələsi (carpinifolia, Z. hyrcana), qarağac (ulmus elliptica), alça (prunus caspica), qovaq (Populus hyrcana) və s. kimi ağac cinslərinə də rast gəlinir. Bu meşələrin ən aşağı mərtəbələrində bigəvər (Ruscus hyrcana) və danaya (Danae racemosa) kimi həmişəyaşıl kollara təsadüf edilir. Bunlardan əlavə meşəaltı sahələrin tərkibində – Crataegus, Cydonia, Mespilus, Smilax, Periploda, Rubus, Vitis, Hedera kimi cinslərin növləri də yayılmışdır. Bu meşələrdə ot bitkisi növləri bolluq təşkil edir. Xurma (Diospyros lotus) nisbətən kölgələnmiş və rütubətli yamaclarda çəngəlliklər əmələ gətirir. Çəngəlliklərdə bir komponent kimi Xəzər şeytanağacına Talışın dağətəyi rayonlarında bolluq təşkil edir. Bu meşələrin dənizə baxan yamaclarında Lənkəran akasiyası (Albizzia julibrissin), cökə (Tilia platyphyllos), endemik cökə (T.prilipkoana və s. daxil olmaqla xüsusi qarışıq meşəlik yardırlar. Dəniz səviyyəsindən bir qədər hündürlüklərdə ağcaqayın (Acer velitinum), şərq fıstığı (Fagus orientalis), meşə altında qara cöhrə (Taxus baccata), şümşat (Buxus hyrcana), daha çox rast gəlinir.
Azərbaycan torpaqları həmçinin dərman bitkilərilə də zəngindir və xalq təbabətində geniş istifadə olunur. Azərbaycanda bitən dərman bitkilərinin siyahısı ilə və hətda xalq təbabəti reseptlərilə Sizi tanış edəcək: Sayt http://traditions.aznet.org.


  Äîìîé íà ïðåäûäóùóþ ñòðàíèöó íàâåðõ

 

Ədəbiyyat mənbəi:
Azərbaycanın bitki örtüyü” M.H.Abutalıbov, V.C. Hacıyev

 

IRADA

Copyright © 2003-2007.   Irada Babayeva.   All rights reserved.   
_______________________________________________________
 
Hər hansı bir materialların saytdan yerləşdirilməsi
yalnız müəllifin icazəsini alandan sonra,
sayt və müəllifin qeyd olunması şərtilə mümkündür.