Flora Havanın qorunması Qırmızı kitab Suyun qorunması Qoruqlar
Fauna Torpaqların qorunması Təbiətə ekskursiya Təbiət ehtiyatları Botanika bağı

 

Ìàðäàêÿíñêèé äåíäðàðèé1926-cı ildə Mərdəkan qəsəbəsində Tətbiqi botanika və yeni bitkilər instututunun Şərq filialı (hazırkı Nəbatat bağının dendroparkı) təşkil olunur. Burada bitkiçiliyin başqa sahələri ilə bərabər, bitkilərin introduksiyası, kənd təsərrüfatı və sənaye üçün yararlı növ və formaların ayırd edilməsi üzərində elmi - tədqiqat işləri aparılır. O cümlədən 1928-ci ildən burada ağac və kol cinslərinin kulturaya keçirilməsi və yaşıllaşdırılmada istifadə məsələləridə öyrənilir. Sənaye şəhəri Bakının intensiv inkişafı paralel olaraq yaşıllaşdırma işlərinin də intensiv inkişaf rtdirilməsini tələb edirdi. Ancaq daha qiymətli, perspektiv bitki növlərinin və onların əkilib becərilməsinin elmi əsaslarının olmaması yaşıllaşdırma işlərinin geniş miqyasda aparılmasına imkan vermirdi. Buna görədə 1934-cü ildə isə respublika hökuməti Nəbatat bağının yaradılması haqqında qərar qəbul edir. 1934-cü ilin axırında və 1935-ci ilin əvvəllərində Bakının dağlıq hissəsində ayrılmış 80 – 100 ha sahədə Nəbatat bağının salınmasına başlanılır. “Abşeronun sərt yarımsəhra şəraitində iri botanika bağı yaratması kimi olduqca cəsarətli təşəbbüsü qeyd etmək olmaz. Müvəffəqiyyətlə nəticələnməli olan bu cəsarətli təşəbbüs bitkiçiliyin Azərbaycanda hədsiz imkanın göstərəcəkdir”. Sonralar həmin ərazidən neft çıxarılması ilə əlaqədar olaraq, bağın sahəsi 16 hektar saxlanmışdır. Bağ öz ilk fəaliyyəti dövründən respublika florasının yeni bəzək və texniki bitkilərlə zənginləşdirilməsi və onların kulturaya keçirilməsinin elmi əsaslarını işləyib hazırlayır. Tədqiqatların istiqaməti, əsasən, xalq təsərrüfatı üçün qiymətli olan bitkilərin müəyyən edilməsi, introduksiyası və perspektiv növlərin seçilib istifadə olunmasına, xüsusilə Bakının yaşıllaşdırılmasına yönəldilir. Ekzot növlərin introduksiyası, subtropik bitkilərin kolleksiyasının yaradılması ilə bərabər, yerli floraya məxsus növlərdən istifadə olunmasına da böyük fikir verilirdi. Bağda oranjereya və istixanalar tikilib hazır olduqdan sonra tropik bitkilər qrupundan olan bir çox növlərin introduksiya olunub öyrənilməsi işi sürətlənmişdir. Beləliklə, müharibədən qabaqkı illərdə Nəbatat bağının əsası qoyulmuş, kolleksiya sahələri salınmış və perspektiv növlərin müəyyən edilməsinə başlanmışdır. Bitki ehtiyyatlarını tam şəkildə və təsərrüfatda istifadə məqsədi ilə öyrənən Nəbatat bağı, eyni zamanda respublikada botanika elminin nailiyyətlərini kütləvi şəkildə yayan ilk mərkəzdir. Ağır müharibə illərində bağ əməkdaşlarının əsas işi yığılmış bitki kolleksiyalarının saxlanmasına, dərman, yem və başqa qrup bitkilərin öyrənilməsinə yönəldilmişdir. Müharibədən sonrakı dövrdə introduksiya üzrə elmi tədqiqat işləri dahada inkişaf etməklə alınan nəticələr istehsalatda tətbiq olunmağa başlanır. Bu dövrdə Bakı, Şəki, Naxçıvan, Lənkəran şəhərlərində yaşıllaşdırmanın vəziyyəti və yaşıllaşdırmada istifadə olunan ağac və kol növlərinin tərkibi öyrənilmişdir. Yeni bəzək Ìàðäàêÿíñêèé äåíäðàðèébitkiləri tətbiq olunması ilə Bakı, Sumqayıt, Mingəçevir şəhərlərinin yaşıllaşdırılması işinə geniş elmi və təcrübəvi köməklik göstərilmişdir. Yaşıllaşdırmada istifadə olunan ağac və kol cinsləri respublika üzrə rayonlaşdırılmışdır. Bakı şəhərinin və Abşeron yarımadasının yaşıllaşdırılması sahəsində aparılan geniş elmi - tədqiqat və təsərrüfat işlərinin nəticəsi “Abşeronun yaşıllaşdırılması məsələləri” (1956) və üçcildlik “Azərbaycanın ağac və kolları” (1961, 1964, 1970) kitablarında yekunlaşdırılmışdır. Çiçək bitkilərinin növ və sortlarının introduksiyası və öyrənilməsi sahəsində aparılan elmi – tədqiqat işləri nəticəsində Nəbatat bağında mədəni və təbii flordan olan soğanaqlə, kökümsov soğanaqlə çiçək bitkilərinin böyük kolleksiyası toplanmışdır. Bu bitkilərin biologiyası, çoxaldılma üsulu və ilk becərilmə aqrotexnikası öyrənilərək 100 - ə qədər növ və sor bağçılılıqda geniş istifadə edilmək üçün təklif olunmuşdur. 1960-cı ildən bağın sahəsinin 25 hektar genişləndirilməsi və onun su ilə təmin olunmasının yaxşılaşdırılması ilə əlaqədar, introduksiya işləri də xeyli genişlənmişdir. Bağın yeni sahəsində botanika – coğrafi ekspozisiyaların yaradılması ilə bağlı olaraq Şərqi və Orta Asiya, Şimali Amerika Aralıq dənizi hövzəsi florasından olan ağac və kol növlərinin introduksiyası genişləndirilmişdir. Eləcə də Qafqaz florasından olan bitkilərin bağa gətirilməsi işləri sürətləndirmişdir. Planlı sürətdə, yerli floradan olan bitkilərin introduksiya edilməsi məqsədi ilə Qafqazın və orta Asiyanın müxtəlif rayonlarına bir çox kompleksli ekspedisiyalar təşkil edilmişdir. Əksər bitki növləri toxum mübadiləsi yolu ilə introduksiya olunmuş və eləcə də ölkəmizin bəzi botanika bağlarından gətirilmişdir. Bu illər müxtəlif əhəmiyyəti olan süni çəmənliklər (qazon) yaratmaq üçün bitki növlərinin öyrənilməsi üzərində də geniş elmi – tədqiqat işləri aparılır. 1966-cı ildən Nəbatat bağının Mərdəkan dendrarisinin təşkil olunması ilə əlaqədar olaraq, Abşeron kurortlarının yaşıllaşdırılması məsələlərinə böyük diqqət verilməyə başlandı, həmçinin xalq təsərrüfatının müxtəlif sahələrində tətbiq etmək üçün perspektiv efiryağlı, dərman və texniki bitkilərin planlı surətdə öyrənilməsi işi də genişləndirildi. Həyata keçirilən yenidənqurma işləri Nəbatat bağında Qafqaz və Orta Asiya florası, sənaye əhəmiyyətli bitkilər, bitki intorduksiyası labaratoriyaları və çiçəklik yaradıcılıq qrupu yaradılmasına imkan verdi. Abşeronun quru iqlim şəraitinin nəzərə alaraq bu illərdə kserofit bitkilərin introduksiyası və onların yaşıllaşdırmada geniş istifadə olunması işinə başlanmışdır. Nəbatat bağının apardığı elmi – tədqiqat işlərinin əhəmiyyəti respublika hökumətinin bir çox qərarlarında qeyd olunmuşdur, bu işlər Azərbaycan KP MK və Nazirlər Sovetinin Bakı şəhəri və Abşeron yarımadasının yaşıllaşdırılmasının gələcək inkişafına dair 70 – 80-cı illərdə qəbul olunmuş qərarlarında nəzərə alınmışdır. Hal – hazırda Nəbatat bağında ağac – kol və ot bitkilərinin yerli və xarici ölkə florasından olan 2500 növ və forması toplanmışdır ki, onun 1000 növü Azərbaycana ilk dəfə introduksiya edilmişdir. Onlardan 250 növü (35 fəsildən 65 cins) Şərqi Asiya, 120 növü (19 fəsildən 29 cins) Şimali Amerika, 434 növü (52 fəsilədən 154 cins) Qafqaz, 52 növü (23 fəsildən 129 cins) Aralıq dənizi, 200 növü (7 fəsilədən 20 cins) Cənubi Afrika 350 növ (8 fəsildən 25 cins) Mərkəzi və Cənubi Amerika, 2 növ (2 fəsildən 2 cins) Avstraliya florasındandır. Cinslər üzrə yemişan 70, dovşanalması 50, zirinc 50, şam 25, alma 25, sərv 10 növlə, qızılgül 105 növ və forma ilə təmsil olunur. Təbii və mədəni floraya məxsus (500 növ və sortdan çox) və oranjereyada becərilən (800 növ) ot və çiçək bitkilərinin böyük kolleksiyası toplanmışdır. Toplanmış bitki kolleksiyaları üzərində aparılan tədqiqatlar, ayrı – ayrı botanika – coğrafi regionlar və bəzi bitki cinsləri üzrə aparılan işlərə yekun vurmağa və təsərrüfat üçün qiymətli olan bitkiləri müəyyən etməklə, onların geniş əkilib becərilməsinin elmi əsaslarını işləyib hazırlamağa, respublikamızın müxtəlif iqlim regionlarına bitkilərin kütləvi introduksiya edilməsi üçün perspektivli olan floristik rayonlar müəyyən etməyə imkan vermişdir. Botanika bağında kadr hazırlığı sahəsində də böyük işlər görülmüşdür. Belə ki, bitkilərin introduksiya və iqlimləşdirilməsi üzrə 10 – dan çox namizədlik və bir doktorluq disertasiyası müdafiə edilmişdir. Tamamlanmış elmi – tədqiqat işlərinin nəticəsi xalq təsərrüfatında geniş tətbiq edilir. Yalnız son 10 ildə Bakı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərinin, eləcə də sənaye müəssisələrinin yaşıllaşdırılmasına 100-dən çox yeni bitki növü verilmişdir. Hal – hazırda respublikamızın şəhərlərinin yaşıllaşdırılmasında 470 növ bəzək bitkisindən istifadə olunur ki, onun 350 növündən çoxu Nəbatat bağında sınaqdan keçirilmişdir. Sənaye müəssisələrinin (Bakı məişət kondisionerləri zavodu, “Azərelektroterm” birliyi və b.) yaşıllaşdırılması işləri kompleks şəkildə aparılır. Əvvəlcə yaşıllaşdırmanın layihəsi hazırlanır, əkiləcək növlər müəyən olunur və praktik olaraq yaşıllaşdırma işlərinin aparılmasına elmi – metodik rəhbərlik edilir. Nəbatat bağı daha perspektiv, dekorativ bitkiləri kütləvi surətdə çoxaldaraq hər il Bakı və Abşeronun müxtəlif təşkilatlarına 10 – 15 min ağac tingləri, çiçək bitkilərinin şitillərini və soğanaqlarını verir. Sənaye əhəmiyyətli faydalı bitkilərin introduksiyası və öyrənilməsi valyuta ilə alınan bəzi bitkilərin sənayedə tətbiq edilməsinə imkan vermişdir. Bunlardan xına və basmanı, sarıkökü, limonlu sorqanı, taqetesi və s. göstərmək olar. Azərbaycanda 100 növ dərman efiryağlı, yem Ìàðäàêÿíñêèé äåíäðàðèébitkiləri öyrənilmiş və onların becərilmə üsulları işlənib hazırlanmışdır. Aloyanın xəndəklərdə, ətirşahın parniklərdə, lavanda və rozmarinin Azərbaycanın düzən rayonlarında əkilib becərilməsi öyrənilmişdir. Aparılan elmi - tədqiqat işlərinin nəticələri əsasında 10 – dan çox monoqrafiya və kitabça, mərkəzi və yerli nəşrlərdə, Nəbatat bağının “Bitkilərin introduksiyası və iqlimləşdirilməsi” məcmuəsində 200-dən çox elmi məqalə çap olunmuşdur. Son on ildə elmi – texniki tərəqqinin ekoloji şəraitə əks təsiri ilə əlaqədar olaraq təbiəti mühafizə problemi xüsusi diqqət mərkəzindədir. Təbii zonaların bitki örtüyünü öyrənən Nəbatat bağının, bitki aləminin zənginləşdirilməsi və mühafizəsində də rolu böyükdür. Nəsli kəsilməkdə olan bitkilərin introduksiyası, onların ekologiyasının öyrənilməsi və artırılaraq istehsalatda istifadə etməklə, mühafizəsi və təbiətə yenidən köçürülüb artırılması ən mühüm problemlərdən biridir. Bununla əlaqədar olaraq, Nəbatət bağında hal – hazırda qırmızı kitaba düşmüş 60 növ nəsli kəsilməkdə olan bitkilər geniş istifadə olunmaq üçün öyrənilir. Bağda toplanmış bitki kolleksiyası elmi – tədqiqat işləri üçün əsas baza olmaqla bərabər, Nəbatat bağı bir mədəni – maarif ocağı kimi biologiya elminin nailiyyətlərini, təbiətin mühafizəsi ideyasını əhali arasında təbliğ edir. Nəbatat bağı hal – hazırda Rusiya 65 xarici ölkənin 290 botanika bağı və digər botanika müəssisələri ilə əlaqədədir. Bağın elmi əməkdaşları yaradıcı əməkdaşlıq əsasında birlikdə tədqiqat işləri aparır, elmi müşavirələrdə iştirak edirlər. Hal – hazırda respublikamızda sənaye və kənd təsərrüfatı istehsalının sürətli inkişafı ilə əlaqədar olaraq, Nəbatat bağının əsas vəzifələrindən biri, təbii bitki örtüyünü, artmaqda olan xarici mühitin əks – təsirindən qoruyub saxlamaq, ondan səmərəli istifadə etmək, bitki növlərinin davamlılığını artırmaq məsələlərini işləyib hazırlamaqdır. Bu respublikamızın hər bir zonasının təbii xüsusiyyətini nəzərə alaraq aparılmalıdır. Naxçıvan, Gəncə, Lənkəran və Şuşada Nəbatat bağlarının təşkili həmin zonalarda planlı və kompleks elmi – tədqiqat işləri aparmağa imkan verməklə, introduksiya üzrə aparılan tədqiqatların nəzəri cəhətdən dahada yüksəlməsinə, onun praktik olaraq həyata keşirilməsinə, respublikamızın sürətli iqtisadi inkişaf perspektivləri olan ayrı – ayrı zonalarının florasının zənginləşməsinə imkan verərdi.

 

äîìîé íàâåðõ

 

 

Ədəbiyyat mənbəi:
"BOTANİKA İNSTİTUTUNUN NƏBATAT BAĞI." A.A Bayramov, Y.M.Ağamirov

 

IRADA

Copyright © 2003-2007.   Irada Babayeva.   All rights reserved.   
_______________________________________________________
 
Hər hansı bir materialların saytdan yerləşdirilməsi
yalnız müəllifin icazəsini alandan sonra,
sayt və müəllifin qeyd olunması şərtilə mümkündür.