| faydalı
qazıntı yataqları
Biz
bu kitabın giriş hissəsində qeyd etmişdik
ki, faydalı qazıntılar aləminə
səyahət zamanı respublikamızın
faydalı qazıntıları, onların
xalq təsərrüfatında əhəmiyyəti,
işlədilmə sahələri, ehtiyatı
və s. barədə yeri gəldikcə oxucularımızı
tanış edəcəyik.
Azərbaycan ərazisində külli miqdarda
qeyri filiz faydalı qazıntı yataqları
var. Onlardan Yuxarı Ağcakənd, Gəncə
və Ərəzin gips, anhidrit və qaja yatağını,
Daş salahlının bentonit gillərini,
Güzdək, Dövlətlər, Dilagərdi,
Şahbulaq, Naftalan, Mardakert, Daş Salahlı,
Zəyəm və Ağdağın kəsmə
daşlarını, Gülbəxtin, Daşkəsənin,
Şahtaxtının, Buzqovun və s. Yerlərin
örtük - dekorativ daşlarını,
Qaradağın sement mineral xammalını,
Aydağın seolitlərini göstərmək
olar. Bundan əlavə, Xanlar rayonundakı
Çıraq dərəsi – Toğan Alı
kükürd kolçedanı kütlələri
bir – birlərindən boş süxur sahələri
ilə ayrılmış iri sütunları
xatırladır. Sütunların hündürlüyü
50 – 70 m, sahələri isə 150x200 və
200x200 m arasında dəyişir.
Naxçıvan MR-dakı Duzdağ, Nehrəm
və Püsyanın yer təkində bir –
birilə birləşən daş duz yataqları
çoxdan məşhurdur. Araz zonasının
duzdaşıyan hövzəsinin uzunluğu
300 km-ə, eni 15 – 20 km-ə və qalınlığı
onlarca metrə çatır. Naxçıvanda
duz ehtiyatı bir neçə milyard tondan çoxdur.
Abşeron yarımadasındakı göllərdən
çökən narın ağ duz yerli camaatın
tələbatını hərtərəfli
ödəyir.
Naxçıvan MR-da Şərqi Arpaçay
hövzəsində fosforit təzahürləri
məlumdur. Fosforitdaşıyan və yaşları
300 milyon ilə çatan süxurlar gilli şistlərdən,
əhəngdaşlarından, kvarsitlər
və qum daşlarından ibarətdir. Geran
qalası, Gümüşlük və Eyvazxan
təzahürlərində filizdə fosfor
oksidinin (P2O5 – in ) miqdarı 16%-ə çatır.
Azərbaycan 20 – dən yuxarı barit yatağı
var. Onlardan sənaye əhəmiyyətinə
malik olanları Çovdar, Quşçu, zəylik,
Bayan, Başqışlaq, Çaykənd, Əzət
və s.-dir. Barıt bu yataqlarda damarlar şəklindədir
və Kiçik Qafqazın şimal – şərq
yamacının Azərbaycan hissəsində
uzunluğu 200 km-ə çatan qurşaq yaradır.
Ayrı – ayrı yataqlarda damarların sayı
10 - 20-dən 30 – 40-a çatır. Damarların
uzunluqları 200 – 500 m, hərdən 1 – 1.5
km, qalınlıqları 1 – 10 marasında
dəyişir.
Tovuz rayonunun seolitdaşıyan küllü
tufları tabaşir yaşlı karbonat süxurlarında
qalınlığı 25 – 30 m-ə çatan
laylar əmələ gətirirlər. Yer
üzərində bunlar seolit küllərinin
eni 20 – 120 m, uzunluqları 3 km-ə çatır.
Klinoptilolit deyilən faydalı seolit on milyonlarla
tona çatır.
Azərbaycanda çoxlu miqdarda əqiq, xalsedon,
xeliotron təzahürləri var. Onlar badamşəkilli
andezit porfirit süxurlarında Xanlar – Qazax
ətiq – xalsedon zolağını yaradırlar.
Əqiq və onun şəkildəyişmələri
bu süxurlarda yuvalar, linzalar, badamcıqlar,
damarcıqlar və jeodalar yaradır. Nisbətən
yaxşı öyrənilmiş hacıkənd
əqiq yataqları qrupuna Hacıkənd, Mixaylovsk,
Todan və s. təzahürləri daxildir.
Kəlbəcər və Laçın rayonlarının
əqiq təzahürləri Gürcüstanın
Axalsıq əqiq yatağının yaxşı
növlərindən geri qalmır.
Respublikamızda Sumqayıt şəhərinin
yaxınlığında, Xanlar və Cəbrayıl
rayonlarında, Şamaxı – Qobustan dağətəyi
zonada, Alabaşlıda (Şəmkir rayonu)
və s. yerlərdə mineral rənglərinin
təbii təzahürləri mövcuddur.
Kəlbəcər rayonunda dördüncü
dövrə aid rayonun miopliosen yaşlı
süxurlarında həmin mineral aşkar edilmişdir.
Qumlar sarımtıl, boz və bircinsli olub,
bəzən aralarında balaca gil linzaları
saxlayırlar. Onların tərkibində silisium
oksidinin miqdarı 90%-dən yuxarıdır.
Qubadakı Zeyd, Qobustandakı Hacıvəli
yataqlarının qumlarının kəşfiyyatı
başa çatdırılmışdır.
Yataqların hər birində on milyonlarla ton
qum var.
Azərbaycanda həmçinin kvars və kalsit
yataqları məlumdur. Şəffaf kalsitin
və bipiramidal kvarsın təzahürləri
respublikamızın bir sıra rayonlarında
mövcuddur. Bu mineral mənşə etibarilə
əsasi tərkibli vulkanik süxurlarla bağlıdır.
Qara metalurgiyada işlədilən Azərbaycan
qeyri – filiz xammal sərvətlərindəki
Xaçbulağın flyus əhəngdaşlarını
(Daşkəsən rayonu), Çardaqlının
(Şəmkir rayonu) odadavamlı gillərini,
Daş Salahlı və Qobustan – Şamaxı
zonasının bentonit gillərini, Qazax – Ağdam
zonasının törəmə kvarsitlərini,
Daşkəsəndəki Qırvakarın
pirofillitlərini, Naxıvandakı səpələntiləri,
habelə bir neçə milyon il bundan qabaq
püskürülmüş andezit – bazalt
lavalarını göstərmək olar. Tükənməz
ehtiyata malik olan bu lavaların Donetsk daştökmə
və keramik məmulatı kombinatında aparılmış
təcrübələr göstərdi ki,
əgər bu lavalara serpentinit, yanmış
dolomit və xromit qatılarsa, alınan məmulat
bütünlüklə texniki tələbata
uyğun gələ bilər. Adı çəkilən
Qarışıqların hamısının
yataq və təzahürləri Kəlbəcər
rayonunda mövcuddur.
Azərbaycanda yarımqiymətli və məmulat
daşlarından Ordubad və Daşkəsən
rayonlarının skarnlarındakə qranatları,
ametisti, epidotu, Böyük Qafqazın cənub
yamaclarındakı şəffaf kvarsı,
Kiçik Qafqazın Atabəy – Slavyan və
Qızılqaya – Üçtəpə intruzivlərinin
içində və onlarla təmasda olan turmalinləri
və s. göstərmək olar. Respublikamızda
külli miqdarda əqiq, yaşma, serpentin,
vezuvian, aqalmatolit, rəngi dəyişən
obsidian, mərmər oniksi, listvenit, gips, alebastr,
alevroəqiq, rəngli mərmər və
gözəl nəqşli maqmatik məmulat
daşları yataq və təzahürləri
var. Kəşfiyyatı başa çatmış
Todan – Hacıkənd əqiqdaşıyan
sahənin, Kəlbəcərdəki rəngi
dəyişən obsidian yatağının,
Naxçıvanın mərmər onikslərinin,
Laçının kopalının, Culfanın
alevroəqiqlərinin ehtiyatları həmin
rayonlarda kiçik suvenir fabriklərinin açılması
üçün əsas ola bilər.
Respublikamizda kobud keramika, inşaat kərpici
və tavan kirəmiti hazırlanmasında
yararlı gil yataqlarından yerli məqsədlərlə
istifadə olunur. Bundan əlavə, 200-dən
çox gil müxtəlif məmulatlar və
quyuların qazılması üçün
lazım olan gilli məhlullar hazırlamaq məqsədilə
təqdim edilmiş, onların ehtiyatı hesablanmış
və xalq təsərrüfatında istifadəyə
verilmişdir.
Şüşə istehsalı, (pəncərə
şüşələri, şüşə
qablar və s.) üçün yararlı olan
kvarslı qumlar Qobustanın, Abşeron yarımadasının
və Qubanın, Ordubadın andaluzitli kvarsitlərini,
Kəlbəcər və Laçının
serpentinitlərini və bir çox başqalarını
misal gətirmək olar.
Respublikamızda çoxlu miqdarda inşaat materialları:
əhəngdaşı və gil, trasslar və
vulkanik küllər, kəsmə və örtük
daşları, beton doldurucuları və yol
inşaat işlərində işlədilən
çınqıl, qum, çaqıl, perlit, obsidian,
keramzit xammalı və s. Yataq və təzahürləri
vardır. Onlardan çoxunun kəşfiyyatı
başa çatmış, bir qismi isə istismar
olunur.
Azərbaycanda yeraltı şirin və çat
sularının hədsiz ehtiyatı xalq təsərrüfatının
müvəffəqiyyətlə fəaliyyət
göstərməsinin rəhnidir. Yeraltı
şirin sulara əsasən dağətəyi
düzənliklərdə, şökəklik
sahələrdə və çay dərələrində
rast gəlinir. Çat suları dağlıq
rayonlarda üzə çıxırlar. Yeraltı
sular aşağıdakı kimi müəyyənləşdirilir:
1) içmək vü təsərrüfat məqsədilə
işlədilən şirin sular (minerallaşma
belə sularda 1 q/l-dən artıq olmamalıdır);
2) müalicə məqsədilə işlədilən
və qiymətli komponentlər saxlayan mineral
sular (minerallaşma 26q/l-ə qədərdir);
3) temperaturu 300C – dən yuxarı və minerallaşması
10 q/t olan müalicə və istilik əldə
etmək məqsədilə işlədilən
termal sular; 4) təkiblərində yod, brom,
bor və s. elementlərin sənaye əhəmiyyətli
miqdarını saxlayan və kimya sənayesinin
mineral xammal mənbəyi hesab olunan sular. Respublikamızda
suların bütün növlərinə
təsadüf edilir.
Qeyri – metallik faydalı qazıntı yataqlarının
kəşfiyyatı və qiymətləndirilməsi
prosesində onların keyfiyyətlərinə
xüsusi fikir verilir, kimyəvi, fiziki, texniki
və texnoloji xassələri öyrənilir.
Biz qeyri – metalik faydalı qazıntıların
bəziləri barədə, onların dünyadakı
ehtiyatları və illik çıxarılmaları
haqda məlumat verməyi məqsədəuyğun
hesab edirik.
Barit yataqları və təzahürləri,
yuxarıda qyed etdiyimiz kimi, Kiçik Qafqazın
şimal – şərq yamacları boyu (Azərbaycan
hissəsində) onlarca kilometr uzanaraq qurşaq
yaradır. Ümumiyyətlə, baritə
(barium sulfatın) və viteritə (barium karbonatına)
adətən təbiətdə birlikdə
təsadüf edilir. Bu iki mineralın başlıca
istifadə sahəsi kimya və neft sənayesidir.
Kimya sənayesində baritdən duzlar və
pereparatlar hazırlanır; neft sənayesində
isə buruq qazıma işləri zamanı
barit gilli məhlulların ağırlaşdırıcısı
kimi əvəzedilməzdir. Eyni zamanda baritdən
həm müxtəlif rezinlərin doldurucusu
kimi, həm də kağız və karton
istehsalında istifadə edilir.
Təbabətdə baritdən rentgen cihazlarının
divarları üçün qoruyucu kərpiclər
hazırlanır və həmin cihazların
divarları daxildən bu kərpiclərlə
döşənir. Rentgen şüalarının
gözəl uducusu olan barium kimyəvi yüksək
fəal element olduğundan ancaq birləşmələr
şəklində işlənir.
faydalı
qazıntı yataqları
Ədəbiyyat
mənbəi:
“Faydalı
qazıntılar və onların tətbiqi”
H.İ.Mahmudov, Ş.S.Bəktaşi
|