|
Giriş
Torpaq
xarici mühitin mühüm amillərindən
biri olub, təbiətin böyük əhəmiyyətə
malik, başlıca nemətidir. O, yer kürəsinin
həm daxilində, həm də səthində
gedən və uzun sürən proseslərin
nəticəsində yaranmış, bioloji,
atmosfer və d. Amillərin təsiri altında
daima dəyişmiş və dəyişməkdədir.
Bəşəriyyətin gələcək
talei üçün mühüm problemlərdən
biri də insanların ərzaq və qida məhsulları
ilə təmin olunma problemidir. Bu məsələ
insanın əmələ gəldiyi gündən
mövcud olmuşdur. Lakin sonralar insanın
həyat tərzinin inkişafı sayəsində
ərzaq və qida ilə təmin olunma prosesi
bir istehsal formasından digərinə keçərək
zaman baxımından dəyişmişdir.
Məsələn, əvvəlcə hazır
qida məhsulları toplamaqdan (ot, meyvə,
xırda heyvanlar, həşəratlar və
s.) insanlar ovçuluğa, ovçuluqdan heyvandarlığa,
sonra əkinçiliyə keçmişdir.
Dünyanın bir sıra ölkələrində
ərzaq problemi gündən – günə
kəskinləşir, milyonlarla adam aclıq
çəkir. Buna səbəb, ilk növbədə
torpaqdan istifadə cəmiyyətdəki ictimai
– iqtisadi şəraitdən doğan nöqsanlar,
insanın istehsal fəaliyyəti nəticəsində
torpağın məhsuldarlığının
kəksik aşağı düşməsi
və digər antropogen mənşəli pozuntulardır.
Münbit rorpaq örtüyünə malik
olan ölkəmizdə son onilliklərdə
suvarma şəbəkələri xeyli genişləndirilmiş,
Mil, muğan, Şirvan və qarabağ düzlərində
uzun illərdən bəri istifadəsiz qalmış
ərazilərə həyat gətirilmiş
və xeyli torpaq sahələri kənd təsərrüfatı
istehsalı dövriyyəsinə daxil edilmişdir.
Respublikamızda suvarma əkinçiliyi yayılmış
torpaqlar fiziki quruluşu və kimyəvi tərkibinə
görə fərqlənirlər. Həmin
müxtəliflik torpaqların mexaniki tərkibi,
şorlaşması, bataqlaşması, qida
elementlərinin miqdarı, eroziyaya uğrama
dərəcəsi, qalınlığı,
skeletliyi, qaysaqbağlaması və s. əlamətlərdə
özünü göstərir. Bütün
bunlar mütərrəqqi suvarma üsul və
texnikasının tətbiq edilməsini, elmi
cəhətdən əsaslandırılmış
suvarma rejimini və aqrotexniki tədbirləri
həyata keçirməklə yüksək
mədəni əkinçilik sistemini yaratmağı
tələb edir. Kənd təsərrüfat
bitkilərinin suvarma rejimi və texnologiyasının
rayonlaşdırılması, torpağın
münbitliyinin və məhsuldarlığının
artırılması qarşıda duran mühüm
vəzifələrdən biridir. Kür – Araz
düzənliyində, Xəzər sahili Quba
– Xaçmaz zonasında, Nax. MR – da və digər
ərazilərdə kollektor - drenaj şəbəkələrinin
layihələndirilməsi və duzlu torpaqların
yuyulmasına dair məsələlər, meliorasiya
olunmuş torpaqların kənd təsərrüfatı
bitkiləri altında mənimsənilməsi
diqqət mərkəzində olmalıdır.
Torpaq örtüyünü eroziyadan mühafizə
etmək və bununla da torpağı yuyulub
dağılmaqdan qorumaq üçün hər
bir zonaya uyğun olan mübarizə tədbirləri
nəzərdə tutulmalıdır. Eroziyaya
qarşı əsas mübarizə tədbirləri
olan aqrotexniki və hidrotexniki tədbirlər
sistemi dağ – çəmən, dağ – meşə,
əkinçilik zonalarında kompleks şəkildə
həyata keçirilməlidir. Yay və qış
otlaqlarında eroziyanın qarşısını
almaq üçün bitki örtüyünü
hərtərəfli qorumaq və eroziyaya uğramış
sahələrdə lazımı tədbirlər
aparmaq lazımdır. Ot örtüyünü
pozulub dağılmadan mühafizə etmək
məqsədi ilə otarma normasına əməl
edilməlidir.
«Meliorasiya torpaqşünaslığı»
elmi, məqsədi və vəzifələri.
«Meliorasiya torpaqşünaslığı»
torpağın quruluşu, mənşəyi,
tərkibi, xassələri, inkişafı,
coğrafi yayılma qanunauyğunluğu, münbitliyi
və səmərəli istifadə üsulları
haqqında elm olan torpaqşünaslığın
bir bölməsidir. Burada torpağa bir meliorativ
obyekt kimi baxılaraq, nəinki onun xüsusiyyətlərinin
və rejiminin yaxşılaşdırılması,
həm də torpaqəmələgətirən
alt qatın və yeraltı suların tərkib
ve rejiminin məqsədəuyğun şəkildə
tənzimlənməsi nəzərdə tutulur.
«Meliorasiya torpaqşünaslığın»
da landşaftın əsas melirativ obyekti olaraq,
süxur və qrunt suları qəbul edilir.
Torpaq profilində morfoloji cəhətdən
əmələ gələn dəyişikliklər,
atmosfer çöküntüləri və
suvarma suyu ilə yuyulub gətirilən müxtəlif
aşınma məhsullarının ərazidə
çöküb, dərin qatlara basdırılması
ilə əlaqədardır. Bəzi hallarda
təbii bitki örtüyünün məhv
edilməsi, becərmə və aqrotexniki tədbirlərin
düzgün aparılması eroziya prosesini
o dərəcədə sürətləndirir
ki, dağətəyi düzənlik sahələrdə
iki profilli torpaq törəmələri əmələ
gətirir.
«Meliorasiya torpaqşünaslığı»
elminin qarşıya qoyduğu məqsəd
təkcə torpaq qatının yaxşılaşdırılması
ilə əlaqədar onun xassə və xüsusiyyətlərini
təsvir və müəyyən etməklə
məhdudlaşmır, eyni zamanda ərazinin
meliorasiyasının növü və üsulunun
seçilməsi torpaq qatının xassələri
(kimyəvi, fiziki, mineraloju və s.), buradakı
dəyişikliklərin baş vermə rejimi
və onun formalaşma şəraitilə
bağlı şəkildə müəyyən
edilir.
«Meliorasiya torpaqşünaslığı»
elmi nəinki meliorasiya olunan ərazilərdə
torpağın təbii xassələrində
baş verən dəyişiklikləri müəyyən
etməli, eyni zamanda aparılan tədbirlər
nəticəsində onda yarana biləcək
zərərli halları proqnozlaşdıraraq,
vaxtında qarşısını almağa
kömək etməlidir.
Azərbaycanda torpaqşünaslıq və
meliorasiya elminin inkişaf tarixi haqqında.
Azərbaycanda torpaqşünaslıq elminə
aid ədəbiyyatlarda göstərilir ki,
ölkənin torpaqları haqqında qismən
1869-1870 – ci illərdə İ.K.Kovalevskinin,
1890 – cı ildə P.S.Kossoviçin, 1898-ci
ildə V.V.Dokuçayevin, 1911-1914-cü illərdə
S.A.Zaxarovun, V.A.Romanovun və Y.A.Kamenskinin müəyyən
fikirləri olmuşdur. Lakin bu tədqiqatçılarla
müqaisədə Azərbaycanda torpaqşünaslıq,
aqrokimya və torpaqların meliorasiyası
sahəsində Həsən bəy Məlikov
Zərdabinin elmi fikirləri daha erkən olmuşdur.
Təəsüflə qeyd etmək lazımdır
ki, onun irsi bu vaxta qədər geniş tədqiqat
və təbliğat mövzusu olmamış,
həmin elmlərin inkişafı tarixində
əks etdirilməmişdir.
Azərbaycan xalqının elm və mədəniyyəti
tarixində böyük təbiyyatşünas
alim və marifpərvər ziyalı kimi xüsusi
yer tutan H.Zərdabi kənd təsərrüfatı
elmlərinin bir sıra sahələri, o altında
çəmən – bataqlı və bataqlı
torpaqların törəməsinə təsadüf
edilir.
Çəmən boz torpaqlar udulmuş əsaslarla
doymuşdur, onların cəmi üst qatda
25 mq.ekv olub, aşağı qatlara doğru
bir qədər azalır, 100-140 sm dərinlikdə
isə 18,2 mq.ekv-ə çatır. Əkin
qatında udulmuş əsasların 84%-ni kalsium,
13%-ni maqnezium və 3%-ni natrium təşkil
edir.
Dərin qatlara getdikcə kalsiumun miqdarı
azalır (78%), maqneziumun və natriumun miqdarı
artır. Çəmən – boz, torpaqlarının
şum qatında xüsusi çəkisi 2,58-,2,63
q/m3, həcm çəkisi 1,16-1,50 q/m3, məsaməliyi
isə 43,0-45,0% arasında dəyişir.
Yuxarıda təsvir olunan torpaqların əksər
hissəsi, suvarma əkinçiliyi şəraitində
dənli, texniki və digər bitkilər altında
istifadə olunur.
 |

|
Ölkənin
torpaq sərvəti
Azərbaycan Respublikasının ərazisinin
(8,7 mil. ha) 77,6%-i (6,7 mil.ha) kənd təsərrüfatı
ilə əlaqədar olan müəssisələrin
istifadəsindədir. Ümumi ərazinin 32,3%-i
bilavasitə kənd təsərrüfatının
istifadəsindədir. Çoxillik ağac və
kol bitkiləri (meşələrsiz) ölkənin
ərazisinin 6,1%-ni, dincə qoyulmuş sahələr
6%-ni, biçənəklər 2,7%-ni, qış
və yay otlaqları 53%-ni təşkil edir.
Respublikanın ərazisinin 12,1%-i meşələr,
3,53%-i su altında qalan sahələrdir. Sonuncunun
92,5 min hektarını göllər, su anbarları,
nohur və sututarlar, 120 min hektarını
suvarma və kollektor-drenaj şəbəkələri
altında qalan sahələr tutur. Şəhər,
qəsəbə və d. Yaşayış
məntəqələri, sənaye obyektləri,
dəmir-şosse yolları ölkənin ərazisinin
6,7% təşkil edir. Azərbaycan kənd
təsərrüfatı istifadəsində
olan torpaq fondunun 510,2 mi ha eroziya baxımdan
təhlükəli sahələri, 1361,1 mi
ha müxtəlif dərəcəli şoran
və şorakətli torpaqları 733,2 min
ha daşlı-çınqıllı sahələri
və 70,5 min HA-nın bataqlıq sahələri
tutur. Bataqlıq sahələrin əsas hissəsi
(50 min HA-dan artıq) Kür – Araz düzənliyinin,
bir qismi isə Lənkaran-Astara (9,2 min ha),
Şəki-zaqatala (4,3 min ha) və Quba-Xaçmaz
(2,0 min ha) zonalarının payına düşür.
Ölkənin kənd təsərrüfatına
yararlı torpaq fondunun səmərəli istifadəsi,
yaxşılaşdırılması və
mühafizə hazırda qarşıda duran
mühüm problemlərdəndir. Respublikada
əhalinin artımı, adambaşına düşən
torpaq sahəsinin dinamikliyi getdikcə bu problemin
gerçəkləşdirilməsini tələb
edir. Kənd təsərrüfatında istifadə
edilən torpaq fondunun keyfiyyətcə yaxşılaşdırılması
və qismən genişləndirilməsilə
yanaşı ölkənin su ehtiyyatlarından
səmərəli istifadə etmək, onların
toplanması, bölüşdürülməsi
sahəsində mühüm texniki tədbirlər
həyata keçirilmişdir. Bu illərdə
Mingəçevir (16km3), Şamxor (2,5 km3), Naxçıvan
(1,5 km3), Sərsəng (0,56 km3), Arpaçay
(0,15 km3) və d. Həcmi 1,5 mil. m3-dan böyük
olan 40-dan artıq su anbarı; Kür araz ovlağının
su təminatında böyük rol oynayan Yuxarı
şirvan və Yuxarı Qarabağ kanalları;
Baş Mil kanalı; Kür, Alazan, Xramçay
nasos stansiyaları və bir sıra iri hidromeliorativ
qurğular tikilib istifadəyə verilmişdir.
Azərbaycanda ərzaq probleminin həlli, kənd
kənd təsərrüfatında torpaqların
meliorasiyasının yeni səviyyəyə
yüksəltməyi, onun imkanlarından daha
yaxşı istifadə olunmasını tələb
edir. Respublikamızın torpaq – su ehtiyyatlarından
gələcəkdə daha səmərəli
və qənaətlə istifadə edilməsi
kənd təsərrüfatı və texniki
bitkilərin suvarılmasında yüksək
məhsuldarlı suvarma texnikasının tətbiqi,
avtomatika və telemexanika sistemlərindən
suvarma şəbəkələrində geniş
istifadə olunmasını, sızma əleyhinə
örtüklü məcralı kanallı
və borulu suvarma sistemlərinin tikilməsini,
şoran və şorakət torpaqların
duzdan təmizlənməsində plastmas borulu
xəndəksiz mütərəqqi üsulların
tətbiqinin genişləndirilməsini tələb
edir.
 |

|
Azərbaycan
torpaqlarının eroziyası
Azərbaycan
ərazisinin 60%-ni dağ və dağətəyi
sahələr təşkil edir ki, onun da xeyli
hissəsi müxtəlif dərəcəli
eroziyaya məruz qalmışdır. Burada
yerləşən əkin sahələrində,
otlaq və biçənliklərdə aqrotexniki
və meliorativ tədbirlərin düzgün
həyata keçirilməməsi, torpaqların
eroziyasına səbəb olur. Belə ərazilərdə
torpaqların eroziyasının geniş intişarına
səbəb, kənd təsərrüfat dövriyyəsində
olan sahələrin milliyidir. Apardığımız
tədqiqatlara görə Azərbaycanın
dağlıq ərazilərində (okean səviyyəsinin
200m yüksəklikdə yerləşən
sahələrdə) suvarmaya yararlı torpaq
sahələrinin ancaq 36%-nin (580,4 min ha) mailliyi
0,02-0,03, qalan 64%-nin (1041,1 min ha) mailliyi 0,02-dən
artıqdır. Respublikada torpaq eroziyasına
qarşı mübarizə aparmaq, kompleks tədbirlər
görmək üçün həmin prosesi
doğuran səbəbləri və onun gedişini
öyrənmək lazımdır. Bunu isə
şaquli zonalıq üzrə səciyyələndirmək
daha məqsədəuyğundur. Əsasən
2000-3500 metr (qismən 1600-3500 metr) hündürlükləri
əhatə edən dağ-çəmən
qurşağı alp, subalp və bozqır
çəmənliklərdən, dağ-çəmən,
qaratorpaq, çürüntülü-karbonatlı
və s. torpaq tiplərindən, meşə
torpaqlarının bozqırlaşmış
və çəmənləşmiş yarımtiplərindən
ibarət torpaq örtüyünə malikdir.
Burada səthi eroziya geniş inkişaf etmişdir.
Bəzi yerlərdə isə qobu eroziyasına
geniş inkişaf etmişdir. Bəzi yerlərdə
isə qobu eroziyasına da təsadüf edilir.
Azərbaycanın yay otlaqlarında eroziya prosesi
güclü inkişaf etmiş olsa da, onlar
ayrı – ayrı rayonlarda qeyri – bərabər
əraziyə və inkişaf dərəcəsinə
malikdir. Məsələn, eroziyaya uğramış
sahələr Qusar, Laçın, Kəlbəcər
kimi rayonlara nisbətən Ordubad, Qəbələ,
İsmayıllı rayonlarında 24-31% artıq
əraziləri əhatə edir. Ordubad, İsmayıllı,
Qəbələ kimi rayonların ərazisindəki
dağ – çəmən torpaqların 90-96%-i
müxtəlif dərəcədə eroziyaya
uğramış torpaqlardır. Şiddətli
eroziyaya uğramış torpaqlar İsmayıllı
rayonunda yuyulmuş torpaqların 20%-ə qədərini
təşkil edirsə, Qusar rayonunda bu rəqəm
56%-ə çatır. Yaşayış yerlərinin
ətraf meşələri daha çox məhv
edildiyindən həmin ərazilərdə
səthi, istərsə də yarğan eroziyaları
geniş yayılmışdır. Məsələn,
1925-1926-cı illərdə Şəki rayonundakı
Oxud və Kiş, Qax rayonundakı İstisu,
Oğuz rayonundakı Filfili kəndləri
ətrafında palıd və vələs
meşələrinin qırılması nəticəsində
bu yerlərdə səthi və qobu eroziyası
geniş inkişaf etməyə başlamışdır.
Müəyyən edilmişdir ki, hər il
qobular 2-2,6 metr uzununa böyüyərək
torpaqların yuyulmasına səbəb olmuşdur.
Respublika ərazisində qobuların ən
çox inkişaf etdiyi ərazilər dağətəyi
və alçaq dağlıq yarımqurşağında
boz-qəhvəyi torpaqların yayıldığı
sahələrdir. Qobuların intensiv inkişaf
etdiyi sahələr əsasən Ceyrançöldə,
Kiçik Qafqazın cənub – şərq qurtaracağında,
Lənkəran zonasının şimal hissəsindəki
Xəzərin qədim terraslarında və
d. torpaqlardadır. Eroziya nəticəsində
Azərbaycanın dağlıq ərazilərində
denudasiya, düzənlik ərazilərdə
isə akkumulyasiya prosesi intensiv inkişaf etmişdir.
Lakin çayların gətirdiyi torpaq və
süxur materiallarının xeyli hissəsi
akkumulyasiyada iştirak etməyib, Kür –
Araz çayları ilə Xəzər dənizinə
axıdılır. Azərbaycanda çayların
nəqletdirdiyi asılı gətirmələr
olduqca çoxdur. Akstafa çayın suyunun hər
m3-də 282 qram, Turyançayın suyunun hər
m3-də bundan 16 dəfə çox, yəni
4490 qram asılı gətirmələr vardır.
Azərbaycanda külək eroziyası istər
aşağı dağlıq və dağətəyi
sahələrin bozqır qurşağında,
istərsə də yarımsəhra zonasında,
güclü küləklərin təsiri
ilə qumlu, şumlanmış, bitki örtüyü
zəifləmiş sahələrdə baş
verir. Bir çox yerlərdə torpağın
üst münbit qatı sovrulur, alt az münbit
qatı və hətta süxur üzə
çıxır və sahənin pisləşməsinə
səbəb olur. Külək eroziyası su
eroziyasına nisbətən az ərazini əhatə
etsə də xalq təsərrüfatına
vurduğu zərərə görə ondan
geri qalmır. Göründüyü kimi,
deflyasaya təbiətə üçtərəfli
mənfi təsir göstərir: 1) münbit
torpaq və yumşaq qum qatını sovurub
aparmaqla torpağı münbitsizləşdirir,
çökəkliklər yaratmaqla sahələrin
relyefini pozur; 2) daşınma materialları
münbit torpaqlı sahələri, otlaqları,
yaşayış yerlərini basır, onları
sıradan çıxarır, müxtəlif
ölçüdə təpəciklər yaradaraq
relyefi korlayır; 3) küləklər torpağın
üst münbit qatını apararaq şorlaşmış
şorakətləşmiş qatı üzə
çıxarır, şorlu torpaq və süxur
qatını aparıb başqa yerlərə
yayaraq kənd təsərrüfatı üçün
yararlı sahələri də korlayır.
 |

|
Eroziyaya
qarşı mübarizə tədbirləri
Torpaq
eroziyası ilə mübarizə aparmaq, hazırda
eroziya yayılan sahələrdə onun qarşısını
almaq, torpaqları eroziyadan qorumaq ümumdövlət
əhəmiyyətli problem olub, təbiətdən
səmərəli istifadənin vəzifələrindən
biridir. Bu tədbirlər üç istiqamətdə
aparılmalıdır: 1. Eroziyanı törədən
səbəbləri aradan qaldırmaqla. 2. Eroziya
proseslərinə qarşı bilavasitə
mübarizə tədbirləri və vasitələri
tətbiq etməklə. 3. Eroziyanın xalq
təsərrüfatına təsirinin mənfi
nəticələrini aradan qaldırmaqla. Eroziyanı
törədən səbəblərin aradan
qaldırılması elmi cəhətdən
əsaslandırılmış tədbirləri
tətbiq etməklə mümkündür.
Bunun üçün aşağıdakı
təsərrüfat-təşkilatı tədbirlər
həyata keçirilməlidir: - dəmyə
əkinçiliyi zonasında dik yamacların
şumlanmasına yol verilməlidir. Azərbaycan
Respublikası Təbiəti Mühafizə
qanununa əsasən, dikliyi 150-dən artıq
olan yamacların başdan – başa şumlanması
qadağan edilməlidir. Birillik bitkilər
əkilən sahələrdə eroziyaya qarşı
aqrotexniki tədbirlər kompleksi həyata
keçirilməlidir; - suvarma əkinçiliyi
rayonlarında irriqasiya və meliorasiya qaydalarına
riayət edilməli, torpaqların suvarma nəticəsində
yuyulmasına (irriqasiya eroziyasına) yol verilməlidir;
- yol, qaz, su kəmərləri, yüksək
gərginlikli elektrik xətləri çəkilişi
və müxtəlif qurğuların inşası
zamanı torpaq sahələrinin korlanmasına
qarşı ciddi mübarizə aparılmalıdır;
- dik yamaclar da bağlar, plantasiyalar və meşəliklərin
salınması, sahələrin xəndəklərlə,
zolaqlarla, yuvalarla, meydançalarla hazırlanması
və terraslaşdırma ilə həyata
keçirilməlidir; - yay otlaqlarının
vəziyyətindən, xüsusilə torpaqların
eroziyaya uğrama dərəcəsindən,
onun məhsuldarlığından asılı
olaraq, sahə vahidində malqara otarılması
normalarına ciddi əməl edilməlidir;
səthi yuyulmamış və otun məhsuldarlığı
çox olan ərazilərin hər hektarında
5-8 baş, səthi orta yuyulmuş və otun
məhsuldarlığı az olan sahələrin
hər hektarında isə 4-5 baş heyvanın
otarılması planlaşdırılmalıdır;
- yaylaqlarda ərazinin coğrafi mövqeyi,
dəniz dəniz səviyyəsindən hündürlüyü,
yamacların istiqaməti və s. nəzərə
alınmaqla, otarmanın başlanması və
qurtarması müddətinə ciddi əməl
edilməlidir; - otlaqların bitki kütləsindən
səmərəli istifadə etmək (xüsusilə
otarılan zaman bitkilərdən qənaətlə
istifadə etmək və onların artımı
üçün şərait yaratmaq) üçün
hər yerdə dövriyyələr və
mədəni otarma sistemi tətbiq edilməlidir;
- yağışlar zamanı islanmış
ərazilərdə heyvanların dırnaqları
ilə bitkilərin məhv edilməməsi
və torpağın aşınmaması üçün,
əvvəlcə quru sahələrdə otarma
aparılmalıdır; - eroziya prosesinin intensiv
getdiyi ərazilərdə otlaqların bitki
örtüyünü bərpa etmək üçün,
2-3 il otarma aparılmamalıdır; - şiddətli
sel hadisəsinin baş verdiyi çay hövzələrinin
yuxarı hissəsində otarmanı tamamilə
qadağan etmək, ya da xeyli məhdudlaşdırmaq
lazımdır; - sürüşmə prosesi
torpaq eroziyasını sürətləndirdiyindən
dağ – çəmən və dağ – meşə
qurşaqlarında belə ərazilərdə
torpaqlardan bərkiməsi üçün 3-4
il otarma qadağan edilməlidir; - istifadəsiz
qalan suvarma suyunun, kommunal – məişət
qurğularından buraxılan suların özbaşına
axaraq çökəklikləri və d. yerləri
doldurmasına yol verilməməlidir.
Ədəbiyyat
mənbəi:
Aslanov
Hamlet Qurbanəli oğlu. "Meliorasiya torpaqşünaslığı"
|