Flora Havanın qorunması Qırmızı kitab Suyun qorunması Qoruqlar
Fauna Torpaqların qorunması Təbiətə ekskursiya Təbiət ehtiyatları Botanika bağı
 
 
 
 
 
  ëåáåäè
Çaylar
 
Göllər və hovuzlar
 
Xəzər dənizi
 

Suyun qorunması

 

 

 

äîìîé

 

Azərbaycanın şirin su ilə təmin edilmiş ərazilərə daxildir. Respublikamızda 250 təbii, 70-dən çox respublika əhəmiyyətli süni göl, uzunluğu 10 km-dən artıq olan 500 çay vardır.

Çaylar.

Êóñàð÷àé Respublikamızda müxtəlif uzunluqlara malik olan 8339 çay mövcuddur.ancaq bu çayların çox böyük bir hissəsinin uzunluğu 25 km-dən azdır, yalnız 24 çayın uzunluğu 100 km-dən çoxdur. Respublikamızda ən iri çaylar: Kür (1364 km), Araz (1078 km), Qanıx (351 km), Qabarrı (320 km), Samur (213 km), Sumqayıt (198 km), Tərtər (134 km), Aqstafa (133 km) və sairə. Kür çayı gəmiçilik mənfəətinə malikdir. Azərbaycanın ən iri çayları Kür və Araz eyniadlı ovalıqlarla axaraq Sabirabad rayonunda birləşirlər və Kür adı ilə Xəzər dənizinə tökülürlər. Respublikanın çay sularının ortaillik ehtiyatı 30.9 kub km-dir. Bizim sahənin hər kv.km-nə 90 min kub metr, hər insana isə 1270 kub metr su düşür. Respublikamızda suya tələbatın artıdığını nəzərə alaraq, bir çox kanallar yaradılmışdır. Bu kanalların ümumi uzunluğu 47058 km-dir. Ən böyük kanallar: Samur – Abşeron (182 km), Yuxarıqarabağ (172.4 km), Yuxarışirvan (125 km), Tərtər (iki qolu ilə 100 km) və sairə.

 

äîìîé

íàâåðõ

 

Göllər və hovuzlar.

îçåðî Áàòàáàò Azərbaycanın ərazisində 250-ə qədər göl var. Onların çoxu həcmcə çox kiçikdir. Böyük göllərdən Sarısu, Hacıqabul, masazır, Ceyrangöl və başqalarını misal gətirmək olar. Dağ və dağətəyi ərazidə olan göllərdən Göygöl, Maralgöl, Qaragöl, Zəligöl, Şamilgöl, Aögöl, Ördəkgöl, Böyük Alagöl, Kiçik Alagöl və başqaları öz mənzərəsinə diqqəti cəlb edirlər. Abşeronda olan duzlu göllərdən müalicə məqsədilə istifadə olurnur. Respublikada çayların axımına tənzimləmək məqsədilə 60 – dan çox su anbarları təşkil olunmuşdur (19 klrd kub m su). Ən mühümlərindən Mingəçevir su anbarı (16 mln kub m), Araz suayrıcısı (1 mlrd 350 min kub m.), Şəmkir SSS (2 mlrd 650 min kub m) və başqaları.


äîìîé

íàâåðõ

 

 

Xəzər dənizi.

ÊàñïèéBöyüklüyünə və bəzi fiziki – coğrafi əlamətlərinə görə Xəzər – dənizdir. Lakin dünyanın başqa iri su hövzələri ilə bilavasitə əlaqəsi olmadığına görə göl də adlanar. Bu baxımdan Xəzər dünyada ən böyük göldür. Xəzər var – dövlətdir, bərəkətdir. O, öz qoynunda xalq təsərrüfatı üçün əhəmiyyət kəsb edən zəngin xəzinədir. Xəzərin sahəsi 380 min kv.km-dir. Sahil xəttinin ümumi uzunluğu (perimetri) 6380 km-dir. Ən uzun sahəsinin uzunluğu 1205 km, eni 554 km, ən dərin yeri 1025 m-dir. Xəzərin səviyyəsi Ümumdünya okean səthindən 28 m aşağıdadır. Xəzərdə çoxlu miqdarda cürbəcür adalar var ( Pirallahı Jiloy, Plita, Zorya, Muğan daşı, Kür daşı, Qarasu və s.) Xəzər - əhəmiyyətli nəqliyyat yoludur, ətraf mühitin və havanın təmizliyinin zaminidir, landşaftın ölməz abidəsidir, qiymətsiz təbii yataqlara malikdir. Xəzərin əsas sərvəti neft və qazdır. 1994-cü ilin sentyabr ayında qərb dövlətlərinin konsertləri ilə bağlanan müqavilə havayı yerdən “əsrin müqaviləs” adlanmır. Aparılan tədqiqatlar göstərir ki, Xəzər dünyada böyük neft anbarıdır. Hal – hazırda Azərbaycanda hasil olunan neftin 67 %-i, qazın 95 %-i Xəzərdən çıxır. Xəzər nadir və qiymətli balıqlarla da məşhurdur. Xəzər həm də möcüzələr yeridir. Dənizin 100 m dərinliyindən metal bünövrələrin üstündə 100-dən çox süni adacıqlar təşkil olunub estakadalar düzəldilmişdir. Estakadaların ümumi uzunluğu 400 km-dən çoxdur. Estakadaların üstündə çoxmərtəbəli yaşayış evləri və ictimai binaları olan “Neft daşları” şəhəri yaradıldı. Xəzərin qumlu çimərlikləri hamının sevimli yeridir. Xəzərin zümrüd suyu, “qızıl” qumu, ultrabənövşəyi günəş şüaları yay aylarında çoxlarını cəlb edir.

 


äîìîé

íàâåðõ

 


Suyun qorunması.

Su ehtiyyatlarının qorunması. Dövrümüzün ən ciddi qlobal problemlərindən biri də ətraf mühitin mühafizəsi problemidir. Bu baxımdan respublika ərazisində olan suların, su mənbələrinin, Xəzərin qorunması diqqətə layiqdir. Təsüflər olsun ki, respublikaya yerüstü və yeraltı su mənbələrinin çirklənməsi davam edir. Misal üçün hər il Xəzərə 12 milyard kubmetrdən çox çirkli su axıdılır ki, bundan 11 milyard kubmetri Bakının payına düşür. Bununla yanaşı Kür çayı Gürcüstanda, Araz və onun qolları isə Ermənistanda çirklənərək Xəzərin ekologiyasına çox zərər gətirir. 1970-ci ilin sonuna kimi davam edən Xəzərin suyunun enməsi sahil zonasının mənimsənilməsinə, istehsal komplekslərinin, neft və qaz mədənlərinin yaradılmasına şərait yaratmışdır. Bu da ki, Xəzərin daha da çox çirklənməsinə səbəb oldu. Respublikamızın su hövzələrinə ildə 400 milyon kubmetrdən çox axıdılan çirkab suları həmin hövzələrə özlərilə 3 min tondan çox neft məhsulları, 28 min ton üzvi maddələr, 74 min ton sulfatlar, 315 min ton xloridlər, 520 min ton sintetik səthi aktiv və sair zəhərin maddələr gətirilmişdir. Bu və ya digər neqativ halları nəzərə alaraq, 1 sentyabr 2000-ci ildə Azərbaycan hökuməti xüsusi Qanun, “Su məcəlləsi” Qanunu qəbul etdi. Bu qanun bir neçə maddələrdən ibarətdir, Qanunu pozmuş müəssisələrin və fiziki şəxslərin məsuliyyətə cəlb olunması nəzərdə tutulur.

 


äîìîé íàâåðõ

 

Ədəbiyyat mənbəi:
"Azərbaycan." Arayış kitabçası. Vəliyev İ., Ağaoğlu E.


 

IRADA

Copyright © 2003-2007.   Irada Babayeva.   All rights reserved.   
_______________________________________________________
 
Hər hansı bir materialların saytdan yerləşdirilməsi
yalnız müəllifin icazəsini alandan sonra,
sayt və müəllifin qeyd olunması şərtilə mümkündür.